risprudepsiyası (hüquq elmi) olmuşdur: bu termini elmi dövriyyəyə birinci dəfə XIX əsrdə alman hüquqşü-
nas alimi F.Savinyi daxil etmişdir. Alman doktrinasında «curistische person» (personnes civiles, legal person)
termini ilə hüquqi şəxs anlayışı əhatə olunmaüa başladı. Amma fransız doktrinasında bundan fərqli olaraq «mə-
nəvi şəxs» (personae morales) terminindən istifadə edildi. 1978-ci ilə kimi Fransa Mülki Məcəlləsində (Gode
civil) «hüquqi şəxs» anlayışı olmamışdır.
Hüquqi şəxs institutunun yaranmasına iqtisadi dövriyyənin inkişafı səbəb olmuşdur. Natural təsərrüfat tipi
şə
raitində fiziki şəxslərin öz səylərini və əmlaklarını kollektiv qurumlarda birləşdirmələrinə hələ ehtiyac yaran-
mamışdı. Fiziki şəxslər xüsusi hüququn yeganə subyekti hesab olunurdular. Əmlak münasibətlərində yalnız on-
lar iştirak edirdilər.
Natural təsərrüfat daüınıq, durüun və qapalı xarakter daşıyırdı. Onun xarici mühitlə heç bir əlaqəsi yox idi.
Odur ki, bu təsərrüfat tipində iqtisadi münasibətlər zəif inkişaf etmişdi. Buna görə də cəmiyyətin tarixi inkişaf
prosesinin müəyyən mərhələsində natural təsərrüfat sıxışdırılaraq daüılmaüa başladı. Məhsullar artıq şəxsi is-
tehlak üçün deyil, mübadilə üçün istehsal olundu. Bunun nəticəsində əmtəə istehsal münasibətləri və əmtəə mü-
badiləsi meydana gəldi, əmtəə-pul münasibətləri yarandı. Bütün bu amillər natural təsərrüfatın əmtəə təsərrüfatı
ilə əvəz olunmasını şərtləndirdi.
Ə
mtəə təsərrüfatı şəraitində əmtəə mübadiləsini xüsusi kateqoriya fiziki şəxslər — tacirlər həyata keçirdilər.
Ticarət kapitalı yarandı, tacirlər bir sinif kimi formalaşdı. Əmtəə mübadiləsi həmişəlik ticarət sisteminə çevril-
di. Əmtəə istehsalı genişlənməyə başladı. Alqı-satqı bazarları yarandı. Yerli ticarətdən başqa dünya ticarəti də
meydana gəldi. Əmlak dövriyyəsi yüksək sürətlə inkişaf etdi. Şübhəsiz ki, əmtəə istehsalının artdığı, ticarətin
genişləndiyi və əmtəə dövriyyəsinin dərinləşdiyi bir şəraitdə böyük ticarət-təsərrüfat vəzifələrinin həll edilməsi
tacirlərin kapitallarının birləşdirilməsini iqtisadi zərurətə çevirdi. Bu məqsədlə onlar kollektiv qurumlarda —
ticarət (tacirlik, sahibkarlıq) kompaniyası kimi formalarda birləşdilər. Beləliklə, birinci klassik hüquqi şəxslər
Dostları ilə paylaş: |