— ticarət kompaniyaları yaranırdı. Söhbət, hər şeydən əvvəl, Almaniyada, Ingiltərədə, Hollandiyada yaradı-
lan ticarət müəssisələrindən gedir. Bu müəssisələrdə iri işlərin kollektiv surətdə aparılması texnikası işlənirdi.
Daha sonralar gəmi işləyə bilən kanalların, dəmir yollarının və s. tikintisi üçün sahibkarlar öz kapitallarını bir-
ləşdirməklə kollektiv iştiraka əsaslanan müxtəlif qurumlar yaratdılar.
Təsərrüfat əlaqələrinin mürəkkəbləşməsi, bazar iqtisadiyyatının inkişafı, sahibkarlıq fəaliyyətinin beynəlxalq
xarakter alması, sənaye ilə ticarətin təmərközləşməsi, habelə elmi-texniki tərəqqi XX əsrdə hüquqi şəxs konst-
ruksiyasının daha da inkişaf etməsinə rəvac vermişdir. Iqtisadi həyatda bu konstruksiyanın əhəmiyyəti mühüm
dərəcədə artmışdır. Yüksək inkişaf etmiş əmlak dövriyyəsində o, vacib rol oynayır.
Cəmiyyətin müasir həyatını hüquqi şəxslərsiz təsəvvür etmək olmaz.
Dostları ilə paylaş: |