kompleks və qarışıq xarakterə malikdir. Bu, o deməkdir ki, mülki qanunvericiliyə daxil olan bir çox norma-
tiv aktlar özündə eyni zamanda həm də müxtəlif hüquq sahələrinin (məsələn, konstitusiya hüququnun, inzibati
hüququn, maliyyə hüququnun, ekologiya hüququnun və s.) normalarını əks etdirir. Məsələn, «Sahibkarlıq fəa-
liyyəti haqqında», «Sığorta haqqında», «Banklar və bank fəaliyyəti haqqında» və digər normativ aktlarda mülki
hüquq normalarından əlavə, konstitusiya, inzibati, maliyyə və s. hüquq normalarına da rast gəlmək olar. Demə-
li, hər hansı bir normativ aktda öz hüquqi təbiətinə görə bir-birindən fərqlənən mülki, cinayət, konstitusiya,
ekologiya və digər hüquq normaları müvcud ola bilər. Ona görə də eyni bir akt həm mülki qanunvericiliyə, həm
maliyyə qanunvericiliyinə, həm inzibati qanunvericiliyə və s. daxil ola bilər. Bu isə təsadüfi deyildir. Axı, nor-
mativ hüquqi akt qəbul edərkən, səlahiyyətli dövlət orqanını maraqlandıran əsas cəhət müəyyən etdiyi ümum-
məcburi davranış qaydasının (hüquq normasının) hüquqi təbiəti yox, onun mahiyyətidir. Belə təsəvvür yaranır
ki, mülki qanunvericiliyə həm mülki-hüquqi yönümlü, həm də qeyri-mülki hüquqi yönümlü normativ aktlar da-
xildir. Bu isə onu göstərir ki, mülki qanunvericilik, yuxarıda qeyd etdiyimiz kimi, kompleks (qarışıq) xarakterə
malikdir. Həmin sözləri hüquq sahəsi kimi mülki hüquq haqqında demək olmaz. Belə ki, mülki hüquq sahəsi-
Dostları ilə paylaş: |