Mülki qanunvericiliyin sistemi dedikdə, özündə mülki hüquq normaları əks etdirən normativ hüquqi
aktların onların malik olduüu hüquqi qüvvəsindən asılı olaraq müəyyən ardıcıllıqla yerləşməsi və döz-
lənməsi başa düşülür. Bu sistemin tərkibinə müxtəlif cür normativ aktlar daxildir. Onları əsasən iki yerə böl-
mək olar: qanunlar; qanun qüvvəli aktlar. Buraya həm qanunverici (nümayəndəli), həm də icra hakimiyyəti or-
qanlarının hüquqi aktları daxildir. Mülki hüququn adətlər və beynəlxalq müqavilə kimi mənbə növləri mül-
ki qanunvericilik sisteminə daxil edilmir.
Mülki qanunvericilik sistemi və ona daxil olan normativ hüquqi aktlar Konstitusiyanın normaları ilə müəy-
yən edilir (148-ci maddə). Bu normalar Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktla-
rın dairəsini nəzərdə tutur. Buna uyüun olaraq ölkə qanunvericilik sisteminin bir hissəsi olan mülki
qanunvericilik sisteminin tərkibini müəyyənləşdirə bilərik. Söhbət mülki qanunvericilik sisteminə şamil edilən
normativ aktlardan gedir.
●
Konstitusiya;
●
referendumla qəbul edilmiş aktlar;
●
qanunlar;
●
fərmanlar;
●
Nazirlər Kabinetinin qərarları;
●
mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.
Belə təsəvvür yaranır ki, Azərbaycan Respublikasının mülki qanunvericilik sistemi yalnız normativ hüquqi
aktlardan — qanunlardan və qanunqüvvəli aktlardan ibarətdir. Bu, o deməkdir ki, qeyri-normativ aktlar
qanunvericilik sisteminə aid oluna bilməz. Normativ xarakterli aktlar isə (Konstitusiya Məhkəməsinin müvafiq
qərarları, yerli icra hakimiyyəti orqanlarının, Milli Bankın qərarları) mülki qanunvericilik sisteminə daxil edilir.
Ona görə ki, bu cür aktlar normativ təbiətə malik olub, mülki hüquq norması müəyyən edir, dəfələrlə tətbiq olun-
maq üçün nəzərdə tutulur. Onların göstərişləri ümumməcburi xarakter daşıyır.
Göründüyü kimi, Milli Məclisin qərarları da mülki qanunvericilik sisteminə aid edilmir. Lakin qanunun gös-
tərişini hərfi mənada təfsir etmək olmaz. Belə ki, Milli Məclisin müvafiq qərarları normativ hüquqi aktın üç
ə
sas əlamətinə uyüun gəldikdə və cavab verdikdə, mülki qanunvericilik sisteminə daxil ola bilər. Bu əlamətlərə
aiddir: hüquq norması müəyyən etməsi, dəyişdirilməsi və ya xitam etməsi; onun göstərişlərinin ümumi xarakte-
rə malik olması; dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulması. Biz, elə hesab edirik ki, Milli Məclisin bu üç
23
ə
lamətə cavab verən qərarları mülki qanunvericilik sisteminə şamil oluna və bununla mülki hüququn mənbəyi
kimi çıxış edə bilər.
Mülki qanunvericiliyin sistemi müəyyən xüsusiyyətlərə malikdir. Ən birinci xüsusiyyət odur ki, mülki
Dostları ilə paylaş: |