Microsoft Word mulki huquq doc


§ 1. Mülki hüquqların müdafi



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə59/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   55   56   57   58   59   60   61   62   ...   1820
Özvi  qanunlar  cari  (adi)  qanunların xüsusi  xarakterli  yarım  növü  hesab  edilir.  Onlara  məcəllələşdirilmiş 

qanunlar da deyilir. Özvi (məcəllələşdirilmiş) qanunlar dedikdə, hüquqi cəhətdən tam, daxilən uyüun gələn 

elə qanunlar başa düşülür ki, həmin qanunlar ictimai həyatın müəyyən sahəsini kompleks surətdə tənzimləmək 

məqsədinə xidmət edir. Bu cür qanunlara misal olaraq Mülki Məcəlləni göstərmək olar. Özvi qanunlar normativ 

ümumiləşdirmənin yüksək səviyyəsi ilə fərqlənir.  



3. Mülki Məcəllə  

Mülki  Məcəllə  məcəllələşdirilmiş  qanun  kimi  mülki  qanunvericilikdə  xüsusi  mövqeyə  malikdir.  Sahəvi 

məcəllələşdirilmiş normativ akt olan Mülki Məcəllə mülki qanunvericilik sistemində mərkəzi yer tutur. O, öz 

ə

həmiyyətinə görə Konstitusiyadan sonra ikinci qanunvericilik aktıdır, ölkənin iqtisadi Konstitusiyasıdır, hamı 



üçün qanundur. Professor K.Larens yazır ki, mülki hüquq sahəsində və ümumiyyətlə, xüsusi hüquq sahəsində 

Mülki Məjəllə hüququn vacib mənbəyi hesab edilir.  

Roman-german  hüquq  ailəsində  əsas  normativ  akt  Mülki  Məcəllə  hesab  edilir.  O,  mülki  qanunvericiliyin 

ə

sas məcəllələşdirilmiş aktı kimi tanınır və qəbul edilir. XIX əsrdə bir sıra kontinental Avropa ölkələrində mül-



ki qanunvericiliyin məcəllələşdirilməsi həyata keçirildi. Bu məqsədlə vahid ümumiləşdirici qanun formasında 

Mülki Məcəllə qəbul edildi. Qəbul edilən həmin məcəllələr mülki hüququn iki cür sistemi əsasında qurulurdu: 

institusiya sistemi əsasında; pandekt sistemi əsasında. Bu sistemlər qədim Roma hüququ ilə bağlı idi. 

Institusiya sistemi öz başlanğıcını Roma hüququ özrə ibtidai dərslikdən götürmüşdü. Bu dərslik Institusiya 

adlanırdı. Onun müəllifi klassik dövrün tanınmış hüquqşünası Qay idi. Bu dərslik Yustinianın məcəllələşdirmə-

sinin bir hissəsini təşkil edirdi. Qay həmin dərslikdə mülki hüququ üç əsas bölməyə  ayırırdı:  «şəxslər» (sub-

yektlərin hüquqi vəziyyəti); «əşyalar» (obyektlər ) və «əşya hüquqları»; «iddialar». Fransanın 1804-cü il Mülki 

Məcəlləsi  (Napoleon  Məcəlləsi)  bu  sistem  əsasında  quruldu.  O,  öz  kitabdan  ibarətdir:  birinci  kitab  «Şəxslər 

haqqında», ikinci kitab «Əmlak və mülkiyyət hüququnun dəyişməsi barədə», üçüncü kitab «Mülkiyyət hüququ-

nun əldə edilməsi haqqında» adlanır. Dünyada Fransa MM-i kimi beynəlxalq təsirə malik olan başqa hər hansı 

məjəllə yoxdur. 

Bununla roman-german mülki hüquq ailəsi tərkibində roman qrupunun (sisteminin, qanadının) əmələ gəlmə-

sinin təməli qoyuldu. Mülki Məcəllənin Fransa modeli tam və ya qismən, bəzi dəyişikliklərlə Avropanın bir çox 

ölkələrində (Italiya, Ispaniya, Portuqaliya və s.), Mərkəzi və Cənubi Amerikanın bəzi dövlətlərində, Luiziana 

ş

tatında (ABŞ), Kvebek əyalətində (Kanada), Misirdə, Həbəşistanda və s. qəbul edildi. 



Pandekt sistemi Yustinian məcəllələşdirməsinin Diqestasına (latınca digesta — toplu) və Pandektinə (latınca 

pandectae — geniş tutumlu) əsaslanırdı. Bildiyimiz kimi, bizim eranın VI əsrində (533-cü ildə) klassik Roma 

hüquqşünaslarının əsərlərindən gətirilən sitatlar (tutalqalar) Diqesta (toplu) və ya Pandekt (geniş tutumlu) adı 

altında məcmuə halında nəşr olundu. Məcburi qüvvəyə malik olan bu məcmuə 50 kitabdan ibarət idi.  

Bunun əsasında alman hüquqşünasları XVIII-XIX əsrlərdə pandekt sistemi yaratdılar. Almaniyanın 1896-cı 

il Mülki Qanunnaməsi bu sistem özrə quruldu. Bu qanunnamə beş kitabdan ibarətdir: birinci kitab «Ümumi his-

sə» (§ 1-240), ikinci kitab «Öhdəlik hüququ» (§ 241-853), üçüncü kitab «Əşya hüququ» (§ 854-1296), dördün-

cü kitab «Ailə hüququ» (§ 1297-1921), beşinci kitab «Vərəsəlik hüququ» (§ 1922-2385) adlanır. Burada «Ümu-

mi hissə»  kimi struktur  bölməsinin ayrılması hüquqi təfəkkürün mühüm nailiyyəti idi. Dörd  yarımsahə (əşya 

hüququ, öhdəlik hüququ, ailə hüququ, vərəsəlik hüququ) qanunnamənin «Xüsusi hissəsi»ni təşkil edir. Bununla 

roman-german mülki hüquq ailəsi daxilində german sisteminin (qanadının, qrupunun) yaranmasının başlanğıcı 

qoyuldu. 

Mülki Məcəllənin alman modeli bir çox ölkələrin, hər şeydən əvvəl, Yaponiya və Tailandın qanunvericiliyi-

nə mühüm təsir göstərdi. Bu ölkələrin qəbul etdikləri mülki məcəllələr həmin modelin resepsiyasıdır (iqtibası-

dır). Alman modelinin əsas müddəaları Avstriya, Argentina, Braziliya, Yunanıstan, Peru, Skandinaviya ölkələri, 

Isveçrə, Rusiya Federasiyası, müstəqil MDB dövlətlərinin çoxu tərəfindən qəbul edilmişdir. Azərbaycan Res-

publikasının  yeni  Mülki  Məcəlləsi  də  alman  modelinə  əsaslanır.  Alman  modelinin  bu  məcəlləyə  güclü  təsiri 

hiss olunmaqdadır.  

Azərbaycan Respublikasının yeni MM-i 28 dekabr 1999-cu ildə təsdiq edilmiş, 2000-ci il sentyabrın 1-dən 

qüvvəyə minmişdir. Ölkəmizin tarixində bu, hesabla üçüncü MM-dir. Ilk MM Azərbaycan SSR Mərkəzi  craiy-

yə Komitəsinin 16 iyun 1923-cü il tarixli qərarı ilə qəbul edilmiş, 8 sentyabr 1923-cü ildən qüvvəyə minmişdir. 

Bildiyimiz kimi, 1920-ci illərdə hərbi kommunizm siyasətindən yeni iqtisadi siyasətə keçildi. Bu, əmtəə-pul 

münasibətlərinin geniş səviyyədə inkişaf etməsinə güclü təsir göstərdi. Bu münasibətlər gənc sovet dövlətinin 

qəbul etdiyi birinci respublika mülki məcəllələrində öz hüquqi ifadəsini tapdı. Beləliklə, 1922-28-ci illərdə so-

vet  mülki  qanunvericiliyinin  məcəllələşdirilməsi  həyata  keçirildi.  Azərbaycan  SSR-in  ilk  MM-i  RSFSR-in 

V.I.Leninin rəhbərliyi ilə hazırlanmış 1922-ci il məcəlləsinin (ilk sovet məcəlləsinin) bütün müddəalarını tama-




 

27 


milə əks etdirirdi. 1923-cü il MM-i Azərbaycan Respublikasında yeni sovet sosialist quruluşunun iqtisadi əsas-

larını möhkəmləndirirdi.  

Azərbaycan Respublikasının sayca ikinci MM-i Azərbaycan SSR Ali Soveti tərəfindən 1964-cü il sentyabrın 

11-də qəbul edilmiş, 1965-ci ilin martın 1-dən qüvvəyə minmişdir. Bu Məcəllə sovet mülki qanunvericiliyinin 

ikinci məcəllələşdirilməsi zamanı (1961-64-cü illər) qəbul olunmuşdu. O, əmrə əsaslanan komanda (sovet) iqti-

sadiyyatı şəraitində meydana gəlmişdi. Buna görə də həmin məcəllədə o dövrkü cəmiyyətin dövlət mülkiyyəti 

inhisarı, planlı iqtisadiyyat, inzibati-amirlik metodları, mərkəzləşdirilmiş təsərrüfat idarəçiliyi və digər xüsusiy-

yətləri ifadə olunmuşdu. 

90-cı illərin əvvəllərindən başlayaraq ölkəmizdə komanda (sovet) iqtisadiyyatının əvəzinə bazar iqtisadiyyatı 

yaranmaüa başladı. Daim təkrar olunan alqı-satqı aktlarının və mübadilə prosesində sosial-iqtisadi münasibətlə-

rin məcmusu olan bazarın əsası qoyuldu. Bazar prinsipləri əsasında təşəkkül tapan və bazar qanunlarına uyüun 

olaraq inkişaf edən iqtisadiyyatın yaranması prosesi başladı. Şübhəsiz ki, köhnə 1964-cü il MM-i formalaşmaq-

da  olan  bazar  iqtisadiyyatının  inkişaf  edən  tələbatına  cavab  verə  bilməzdi.  Bazar  iqtisadiyyatı  özünün 

qanunvericilik qaydasında rəsmiləşdirilməsini tələb edirdi. Bunu nəzərə alaraq ölkənin ali qanunverici orqanı 

olan Milli Məclis yeni Mülki Məcəllə qəbul etdi.  

Yeni MM-in əsas məqsədi əmlak dövriyyəsinin sərbəstliyini təmin etməkdən ibarətdir. Özü də əmlak döv-

riyyəsi iştirakçılarının hüquq bərabərliyi əsasında və üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən. Onun əsas 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin