Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə62/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   58   59   60   61   62   63   64   65   ...   1820
Mülki Məcəllənin sistemi dedikdə, mülki-hüquqi normativ materialın orada yerləşdirilməsinin daxili 

sistemi başa düşülür. Mülki hüquq kimi o da iki hissədən ibarətdir: ümumi hissədən; xüsusi hissədən. 

Ümumi hissədə qanunverici nisbətən ümumi xarakter daşıyan, mülki hüquq normalarının inkişafı və tətbiqi 

təcrübəsi üçün son dərəcə prinsipial əhəmiyyətə malik olan müddəalar təsbit etmişdir. Burada Mülki Məcəllə-

nin  xüsusi  hissəsi  üçün  mühüm  rol  oynayan  hüquqi  göstərişlər  cəmlənmişdir.  Yeri  gəlmişkən,  qeyd  edək  ki, 

ümumi hissəni ilk dəfə olaraq 1896-cı il tarixli Almaniya Mülki Qanunnaməsi nəzərdə tutmuşdu. Bundan sonra 

bir  çox  dövlətlər  alman  modelinə  uyüun  olaraq  öz  mülki  məcəllələrində  ümumi  hissə  ayırdı  və  fərqləndirdi. 

Braziliya, Yunanıstan, keçmiş sovet respublikalarının, Polşa və ×exoslovakiyanın mülki məcəllələrində ümumi 

hissəyə  rast  gəlmək  mümkündür.  Azərbaycan  Respublikasının  yeni  MM-i  bu  ənənəyə  uyüun  olaraq  öz  siste-

mində ümumi hissə adlı struktur bölməsi nəzərdə tutur.  

Ümumi hissədə mülki qanunvericiliyin vəzifə və məqsədləri, mülki qanunvericiliklə tənzim olunan ictimai 



 

28 


münasibətlərin  dairəsi,  mülki  hüququn  prinsipləri,  mülki  qanunvericiliyin  zamana,  məkana  və  şəxslərə  görə 

qüvvəsi, mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsasları, mülki hüquqların müdafiəsi barədə hüquqi göstə-

rişlər ifadə olunur. Burada mülki hüququn iki kateqoriya subyekti — fiziki şəxslər və hüquqi şəxslərin hüquqi 

statusunu müəyyən edən normalara rast gəlirik. Ümumi hissə normaları mülki hüquq subyekti haqqında vacib 

göstərişlər formulə edir. O, əqdlər, müddətlər və s. barədə müddəalar ifadə edir.  

Ümumi hissə özündə əşya hüququna və öhdəlik hüququnun ümumi hissəsinə daxil olan normaları birləşdirir. 

Qanunvericinin (hüquqyaratma orqanının) bu cür mövqeyini qüsurlu hesab etmək olar. Belə mövqe bizdə təəccüb 

və anlaşılmazlıq doüurur. Ona görə ki, hüquq doktrinasına görə MM-in strukturu mülki hüquq sahəsinin ob-




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin