Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə513/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   509   510   511   512   513   514   515   516   ...   1820
rini ifadə edir. Ona görə də hüquqi şəxsin orqanlarının mülki (əmlak) dövriyyədə iştirakı hüquqi şəxsin özünün 

bu dövriyyədə çıxış etməsi deməkdir. Başqa sözlə desək, bu orqanlar mülki (əmlak) dövriyyədə hüquqi şəxsin 

adından və onun mənafeyi üçün çıxış edirlər. Amma buna baxmayaraq, hüquqi şəxsin orqanlarını hüququn 

müstəqil subyekti hesab etmək olmaz. Ona görə ki, yuxarıda dediyimiz kimi, onlar hüquqi şəxsin ayrıca bir 

struktur  hissəsidir.  Bu  xüsusiyyəti  ilə  o,  nümayəndəlik  münasibətlərində  vəkalət  (tapşırıq)  alan  rolunda  çıxış 

edən nümayəndədən (təmsilçidən) fərqlənir.  

Nümayəndə (təmsilçi) hüquqi şəxsin (vəkalət verənin, təmsil olunanın) adından, onun hesabına və onun mə-

nafeyi üçün əqd bağlayan şəxsdir. Onun hüquqi şəxs adından bağladığı əqdlər hüquqi şəxs üçün mülki hüquq 

və vəzifələr yaradır. Bu baxımdın nümayəndə hüquqi şəxsin orqanı kimi, hüquqi şəxsin mülki fəaliyyət qabiliy-

yətini həyata keçir. Bu, onların hər ikisi üçün ümumi və oxşar olan cəhətdir. Lakin nümayəndə hüquqi şəxsin 

orqanından fərqli olaraq, onun ayrıca struktur hissəsi hesab edilmir. Nümayəndə hüquqi şəxsə münasibətdə hü-

ququn kənar, özü də müstəqil subyekti sayılır. Digər tərəfdən nümayəndənin səlahiyyəti hüquqi şəxs tərəfindən 

verilmiş etibarnaməyə əsaslanır. Etibarnamə hüquqi şəxs tərəfindən nümayəndəyə verilən elə bir yazılı sənəddir 

ki, bu sənəd nümayəndəyə üçüncü şəxslə hüquqi şəxslər adından əqd bağlamaüa səlahiyyət verir. Hüquqi şəxsin 

orqanları üçüncü şəxslərlə əqd bağlayarkən onun hüquqi şəxsdən etibarnamə alması tələb olunmur və buna 

ehtiyaj duyulmur. 

Qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs öz iştirakçıları vasitəsilə mülki fəaliyyət qabiliyyətini hə-




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   509   510   511   512   513   514   515   516   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin