Təsisçilərin (iştirakçıların) əmlak barəsində əmlak hüququna malik olmadıqları hüquqi şəxslər odur
ki, bu şəxslərin təsisçiləri (iştirakçıları) onlara və onların əmlakına münasibətdə hər hansı bir əmlak hüququna
malik olmurlar. Bu cür hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) nə öhdəlik, nə də əşya hüququna malikdir. Baş-
qa sözlə desək, onlar hüquqi şəxsin özü barəsində hər hansı bir tələb hüququ, hüquqi şəxsin əmlakı barəsində
isə hər hansı bir əşya hüququ əldə etmirlər. Təsisçilər (iştirakçılar) bu növ hüquqi şəxs ləğv edildiyi hallarda və
ya ondan çıxdığı hallarda əmlak hüququ qazanmır, yəni onlara əmlak verilmir və ya pul formasında əvəzi ödə-
nilmir.
Dostları ilə paylaş: |