hər hansı bir əqd bağlanarsa, ortaqlıüın bütün iştirakçılarının qabaqcadan razılıq verməsi tələb edilir (MM-in
72-ci maddəsinin 2-ci bəndi). Bu üsuldan yalnız o halda istifadə oluna bilər ki, həmin üsul nizamnamədə nəzər-
lərini aparır, yəni işlərin aparılması iştirakçılarının birinə və ya bir neçəsinə tapşırılır. Bu cür tapşırıq nizamna-
mədə göstərilir. Belə halda qalan iştirakçıların əqdlərin bağlanmasına qabaqcadan icazə verməsi tələb olunmur.
192
Bu cür halda yerdə qalan iştirakçılar ortaqlıq adından üçüncü şəxslərlə əqdlər bağlaya bilməzlər. Amma onların
ortaqlıq adından əqdlər bağlamaq imkanı istisna olunmur, bu mümkündür. Bunun üçün həmin iştirakçıların eti-
barnamə almaları gərəkdir. Etibarnaməni isə o iştirakçı (iştirakçılar) verir ki, ona (onlara) tam ortaqlıüın işləri-
nin aparılması tapşırılsın, işləri aparmaq üçün vəkalət verilsin (MM-in 72-ci maddəsinin 3-cü bəndi). Etibarna-
mə lazımi qaydada rəsmiləşdirilməlidir.
Bəzən tam ortaqlıq iştirakçısı üçüncü şəxslərlə əqd bağladığı hallarda tam ortaqlıq iddia edə bilər ki, onun
adından bağlanmış əqd nizamnamə özrə səlahiyyətləri məhdudlaşdırılan şəxs (iştirakçı) tərəfindən, yəni tam or-
taqlıq adından fəaliyyət göstərmək hüququ məhdudlaşdırılan iştirakçı tərəfindən bağlanmışdır (məsələn, nizam-
namədə göstərilir ki, tam ortaq üçüncü şəxslərlə qiyməti iki min manatdan yuxarı olan əqd bağlaya bilməz. Bu-
nunla onun səlahiyyəti məhdudlaşdırılır. Lakin buna baxmayaraq, tam ortaq üçüncü şəxslə qiyməti 3 min manat
olan əqd bağlayır) və buna görə də həmin əqd etibarsız hesab edilməlidir. Tam ortaqlıüın nizamnaməyə istinad
etməklə və əsaslanmaqla iddia irəli sürməsinə baxmayaraq, üçüncü şəxslərlə bağlanan əqdlər etibarsız sayılma-
yacaqdır. Belə ki, tam ortaqlıüın istənilən iştirakçısının onun adından üçüncü şəxslərlə bağladığı əqd etibarlıdır.
Bu, ümumi qaydadır. Lakin mülki qanunvericilik bu qaydadan istisnaya yol verir. Belə ki, əgər əqd bağlandığı
vaxt üçüncü şəxs ortaqlıq iştirakçısının ortaqlıq adından fəaliyyət göstərmək hüququ olmadığını bilərsə və ya
bilməli olarsa, onda əqd etibarsız hesab edilə bilər. Bunun üçün həmin halın, yəni üçüncü şəxsin vicdansız ol-
masının sübut edilməsi və təsdiqlənməsi lazımdır. Sübut etmə yükünü tam ortaqlıq çəkir. O, göstərilən halı sü-
buta yetirsə, əqd etibarsız sayılacaqdır (MM-in 72-ci maddəsinin 4-cü bəndi).
Bəzi hallarda tam ortaqlıüın işlərinin aparılmasının tapışırıldığı şəxs, yəni işlərin aparılması üçün vəkalət al-
mış iştirakçı (bir neçə iştirakçı) işləri lazımınca aparmır, öz vəzifələrini kobudcasına pozur və ya işləri aüılla-
başla aparmaq qabiliyyətinə malik olmurlar. Bu və ya digər ciddi hallar və əsaslar müəyyənləşdirildikdə, ortaq-
lıq iştirakzıları məhkəməyə müraciət edirlər. Məhkəmə iştirakçıya (bir neçə iştirakçıya) verilmiş səlahiyyətlərin
ləğv edilməsi barədə qərar qəbul edir. Bu qərar əsasında ortaqlıüın nizamnaməsində müvafiq dəyişikliklər edilir
(MM-in 72-ci maddəsinin 5-ci bəndi). Bu yolla, tam ortaqlıüın nizamnaməsi məhkəmə qaydasında dəyişilir.
Məhkəmə qərarı qanuni qüvvəyə mindiyi andan nizamnamədə dəyişiklik edilmiş hesab edilir. Bu dəyişiklik
dövlət qeydiyyatına alınır. Bu andan isə nizamnamədə edilən dəyişiklik üçüncü şəxslər üçün hüquqi qüvvəyə
malik olur. Nizamnamədə edilən dəyişikliyin dövlət qeydiyyatına alınana kimi üçüncü şəxslər üçün hüquqi əhə-
miyyət kəsb etməsindən söhbət gedə bilməz.
Beləliklə, biz müəyyənləşdirdik ki, nizamnamənin şərtlərinə uyüun olaraq tam ortaqlıüın fəaliyyətində işti-
rak etmək, onun işlərini aparmaq (qanuni nümayəndə və ya təmsilçi olmaq) tam ortaqlıq iştirakçısının əsas və
başlıca vəzifələrindən biri hesab olunur. Amma onun əsas vəzifəsi təkcə bununla kifayətlənmir və bitmir. Tam
ortaqlıq iştirakçısının digər mühüm və vacib vəzifəsi onun şərikli kapitalına nizamnamədə nəzərdə tutulan
Dostları ilə paylaş: