Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə645/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   641   642   643   644   645   646   647   648   ...   1820
6. Məhdud məsuliyyətli cəmiyyət  

Qeyd etmək lazımdır ki, müasir dövrdə bazar iqtisadiyyatı inkişaf edən ölkələrdə ən çox populyar olan hüqu-

qi şəxs məhdud məsuliyyətli cəmiyyət hesab edilir. Məsələn, Almaniyada (AFR-də) 1978-ci ildən 1989-cu ilə 

kimi səhmdar cəmiyyətlərinin sayı 2141-dən 2508-ə kimi, məhdud məsuliyyətli cəmiyyətlərin sayı isə həmin 

dövrdə 195890-dan 401687-ə kimi artmışdır. Məhdud məsuliyyətli cəmiyyət sahibkarlıq (kommersiya) dövriy-

yəsində istifadə özün ən münasib və rahat formadır. Bu gün beynəlxalq ticarət subyektlərinin (xüsusən də Avro-

pada) zox hissəsi məhz bu formada yaradılır. 

Bizim ölkəmizdə də məhdud məsuliyyətli cəmiyyət konstruksiyasından geniş səviyyədə istifadə olunur. De-

mək olar ki, əmələ gələn hüquqi şəxslərin əksəriyyəti məhz bu cür təşkilati-hüquqi formada yaradılır. Məhdud 

məsuliyyətli cəmiyyət bizim ölkədə də böyük populyarlıüı ilə fərqlənir.  

Məhdud  məsuliyyətli  cəmiyyət  hüquqi  konstruksiyası  (Gesellschaft  mit  beschrankter  Haffung,  qısaldılmış 

adı GmbH, Fransada – «societe a rejponsabilite limitee») XIX əsrin axırlarında Almaniyada əmələ gəlmişdir. 

Hələ  o  vaxt  bu  ölkədə  həmin  konstruksiyanı  tənzimləyən  «Məhdud  məsuliyyətli  cəmiyyət  haqqında»  qanun 

(20.04.1892) qəbul olunmuşdur. Bu konstruksiyaya aid olan bəzi əlavə göstərişlər Almaniya Ticarət Qanunna-

məsinin üçüncü kitabının ikinci bölməsində nəzərdə tutulmuşdur. Özü də bu qanunnamə məhdud məsuliyyətli 

cəmiyyəti «kapitallar birliyi»nin bir forması (növü) hesab edir.  

Məhdud məsuliyyətli cəmiyyət, göründüyü kimi, nisbətən yaxın vaxtlarda meydana gəlmişdir. Buna görə də 

o, sahibkarlıq fəaliyyətinin təşkilinin «javan» formasıdır. Hüquq ədəbiyyatı səhifələrində bu formanın yaranma-

sı iki əsas səbəblə izah edilir. Birinci səbəb ondan ibarətdir ki, XIX əsrin 70-ci illərində Almaniyada səhmdar 

bühranı baş verir. Bu bühran nəticəsində alman səhmdar cəmiyyətlərinin əksəriyyəti var-yoxdan zıxaraq müflis-

ləşir. Belə halda məlum məsələdir ki, yeni konstruksiyanın yaradılmasına ehtiyac yaranır.  kinci səbəb onunla 

şə

rtlənir ki, Almaniya müstəmləkələrin bülünməsi prosesində əsas müstəmləkəzi dövlətlərdən geri qalmaq istə-



mir. Bunun özün müstəmləkə ölkələrində onların iqtisadi jəhətdən asılı olmalarını təmin edən ülzülüb-bizilmiş 

ticarət siyasəti lazım idi. Xüsusən alman istehsalı olan məhsulların ixrajı büyük rol oynaya bilərdi. Yaranmış 

vəziyyət sahibkarlığın yeni formasının yaradılmasını tələb edirdi. Səhmdar cəmiyyəti kimi forma alman tacirlə-

rinə (sahibkarlarına) əl vermirdi və onları təmin etmirdi. Zünki tacirlər (sahibkarlar) səhmdar cəmiyyətlərinin 

fəaliyyətindən kənarlaşdırılmışdı. Tam ortaqlıq forması da onları razı salmırdı. Zünki bu forma qeyri-məhdud 

məsuliyyətə əsaslanırdı. Buna görə də səhmdar cəmiyyəti konstruksiyasının modifikasiyası (şəklini dəyişməsi) 

yolu ilə alman hüquqşünasları  «məhdud məsuliyyətli cəmiyyət»  adlı hüquqi konstruksiya işləyib  hazırladılar. 

Bu konstruksiya alman sahibkarları tərəfindən dəstəklənir və XIX əsrin axırlarında qanunvericilik qaydasında 

rəsmiləşdirilir. 

Bundan sonra məhdud məsuliyyətli cəmiyyət konstruksiyası bir çox Avropa ölkələrinin qanunvericiliyində 

nəzərdə tutulmaüa başladı. Məsələn, Hollandiya  Mülki Məcəlləsinin ikinci kitabı (1976-cı ildə qüvvəyə min-

mişdir) doqquz bölmədən ibarətdir. Beşinci bölmə «Məhdud məsuliyyətli cəmiyyət» adlanır. Fransada məhdud 

məsuliyyətli cəmiyyətin (societe a responsabilite) yaradılması və fəaliyyəti qaydası «Ticarət ortaqlıqları haqqın-

da» qanunla (1966), habelə «Ticarət ortaqlıqları haqqında» dekretlə (1967) tənzimlənir. Həm də bunu qeyd et-

məliyik ki, roman-german (kontinental) hüququna görə, məhdud məsuliyyətli cəmiyyət hüquqi şəxslərin korpo-

rasiya növünə şamil edilir.  

Məhdud məsuliyyətli cəmiyyət konstruksiyasının analoqu (bənzəri, oxşarı) olaraq ingilis-amerikan hüququ 

«close corporation» (qapalı korporasiya) və «limited libiliti compani» kimi konstruksiyalardan istifadə edir. Da-

ha doürusu, roman-german (kontinental) hüququndakı «məhdud məsuliyyətli cəmiyyət» anlayışı təxmini olaraq 

ingilis-amerikan  hüququndakı  «close  corporation»  və  ya  «limited  libiliti  compani»  anlayışlarına  uyüun  gəlir. 

Bunların hamısı, mahiyyətcə, eyni bir iqtisadi funksiya yerinə yetirirlər.  

90-cı illərin əvvəllərindən başlayaraq məhdud məsuliyyətli cəmiyyət konstruksiyası sovet dövrünün qanun-

vericiliyində də nəzərdə tutulmaüa başlayır. Özü də sovet qanunvericiliyi məhdud məsuliyyətli cəmiyyəti «qa-

palı tipli səhmdar cəmiyyəti» anlayışı ilə əhatə edir. Daha doürusu, sovet mülki qanunvericiliyi «məhdud məsu-

liyyətli cəmiyyət» və «qapalı tipli səhmdar cəmiyyəti» kimi iki hüquqi konstruksiyanı eyniləşdirir. Məhdud mə-

suliyyətli  cəmiyyətlə  bağlı  olan  münasibətlər  SSRI  Nazirlər  Sovetinin  təsdiq  etdiyi  müvafiq  normativ  aktla 

(Əsasnamə  ilə)  tənzimlənirdi.  Bu  akt  məhdud  məsuliyyətli  cəmiyyətlərin  yaradılması  və  fəaliyyət  göstərməsi 

üçün hüquqi baza və əsas rolunu oynayırdı.  

Bizim  ölkə  qanunvericiliyi  ilk  dəfə  olaraq  «Müəssisələr  haqqında»  qanunda  (1994)  məhdud  məsuliyyətli 

cəmiyyətin leqal anlayışını verdi. Həmin qanunun 10-cu maddəsi onu müəssisələrin təşkilati-hüquqi formaların-

dan biri kimi nəzərdə tutur, onun hüquqi statusunu müəyyənləşdirir, məsuliyyət münasibətlərini və digər məsə-

lələri aydınlaşdırırdı. 




 

201


Məhdud  məsuliyyətli  cəmiyyətin  hüquqi  statusunu  detallaşdırmaq  və  konkretləşdirmək  üçün  1999-cu  ildə 

«Məhdud  məsuliyyətli  cəmiyyət  haqqında»  qanun  qəbul  edildi.  Bu  qanun  ölkəmizdə  məhdud  məsuliyyətli 

cəmiyyətlərin yaradılmasını və fəaliyyətini tənzimləyir, onların fəaliyyətinin hüquqi təminatlarını nəzərdə tutur-

du. Hal-hazırda o, qüvvədən düşmüşdür.  

Məhdud məsuliyyətli cəmiyyət ilə bağlı münasibətlərin nizama salınmasında yeni Mülki Məcəllənin rolu bö-

yükdür. Bu məcəllə həmin münasibətləri geniş təfsilatı ilə, müfəssəl şəkildə tənzimləyir. O, məhdud məsuliy-

yətli cəmiyyətin hüquqi vəziyyətini (statusunu), habelə onun iştirakçılarının hüquq və vəzifələrini müəyyənləş-

dirir. Mülki Məcəllənin kifayət qədər maddələri (87-97-ci maddələri) bu məsələlərin qaydaya salınmasına həsr 

edilmişdir.  


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   641   642   643   644   645   646   647   648   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin