edə bilməz. Kommanditçi yalnız qoyduüu mayanın qaytarılmasını tələb edə bilər.
Kommanditçi ortaqlıüın illik hesabatları və
balansları ilə tanış olmaq hüququna malikdir. Buna informa-
siya almaq hüququ deyilir. Bunun əsasında kommanditçi ortaqlıüın aktivləri, passivləri, xalis aktivləri, onun
götürdüyü mənfəət və düşdüyü zərər haqqında məlumat əldə edir. Bu məlumat isə kommanditçinin əmlak mə-
nafeyinin həyata keçirilməsinə xidmət edir.
Mülki (əmlak) dövriyyədə ortaqlıüın adından çıxış etmək (nümayəndə olmaq), yəni ortaqlıüın işlərini
aparmaq kommanditçinin malik olduüu hüquqlardan biridir. Özü də dərhal qeyd edirik ki, yalnız etibarnamə
ə
sasında o, bu cür hüquqa malik ola bilər. Etibarnaməsiz ortaqlıq adından onun çıxış etməyə ixtiyarı çatmır. Bu
hüquqdan istifadə edərək, kommanditzi tam ortaqlıq adından, onun mənafeyi üçün və onun hesabına hüquqi
ə
həmiyyəti olan hərəkətlər edir, hər şeydən əvvəl, mülki-hüquqi əqdlər (müqavilələr) bağlayır.
Kommanditçilərin ortaqlıüın fəaliyyətinin idarə olunmasında iştirak etmək hüququ yoxdur. Belə ki, on-
lar ortaqlıüın fəaliyyəti barəsində (əsas fəaliyyət istiqamətlərinin müəyyən edilməsi, işgözar partnyorlarla mü-
qavilələr və əqdlər bağlanması, mənfəətin bölüşdürülməsi, kadr məsələləri və s. barəsində) qərar qəbul olunma-
sında iştirak etməkdən məhrumdurlar.
Kommanditçilərin ortaqlıüın idarə edilməsi və işlərinin aparılması özrə tam ortaqların hərəkətləri barəsində
mübahisə etmək hüququ da yoxdur (MM-in 84-cü maddəsinin 2-ci bəndi). Belə ki, onlar ortaqlıüın üçüncü
şə
xslərlə münasibətlərinə, habelə kommersiya və təşkilati məsələlərə dair müvafiq qərarlar qəbul edilməsi pro-
sesinə qarışa və müdaxilə edə bilməzlər. Bununla belə, ortaqlıüın işini aparmaq hüququna malik olan tam ortaq-
lar təqsirli hərəkətlərə yol verə bilərlər. Bunun nəticəsində ortaqlıq zərərə düşür. Belə halda kommanditçi, hü-
quqi şəxsin təsisçisi (iştirakçısı) kimi, tam ortaqlardan hüquqi şəxsə (ortaqlıüa) vurduüu zərərin əvəzinin ödənil-
məsini tələb edə bilər (MM-in 49-cu maddəsinin 3-cü bəndi).
Göstərilənlər kommanditçilərin malik olduqları hüquqların qəti və dəqiq olmayan siyahısıdır. Belə ki, ni-
zamnamədə onların başqa hüquqları da nəzərdə tutula bilər (MM-in 85-ci maddəsinin 4-cü bəndi).
Kommandit ortaqlıüı müxtəlif əsaslara görə ləğv edilir. O, hər şeydən əvvəl, bütün hüquqi şəxslərə aid olan
Dostları ilə paylaş: |