Nizamnamə məhdud məsuliyyətli cəmiyyətin fəaliyyətinin hüquqi əsasını təşkil edən sənəddir. Burada
cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında, iştirakçılardan hər birinin payının miqdarı haqqında,
cəmiyyətin idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi və digər məsələlər haq-
qında məlumat verilir (MM-in 89-cu maddəsi). Burada həm də MM-in 47.2-ci maddəsində nəzərdə tutulan mə-
lumatlar göstərilir. Nizamnamə cəmiyyətin əsas və yeganə təsis sənədi hesab edilir. Bu, inkişaf etmiş bəzi xarici
hüquq sistemlərinin ənənələrinə uyüundur.
Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları qanunda nəzərdə tutulan vəzifələr daşıyırlar. Onların əsas vəzi-
fəsi cəmiyyətin nizamnamə kapitalını tamamilə ödəməkdən ibarətdir (MM-in 90-cı maddəsinin 2-ci bəndi).
Özü də bu vəzifəni onlar cəmiyyətin dövlət qeydiyyatına alınmasınadək yerinə yetirməlidirlər.
Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olu-
nur (MM-in 90-cı maddəsinin 1-ci bəndi). Nizamnamə kapitalı başlıca olaraq təminat (qarantiya) funksiyası-
nı yerinə yetirir. Bu funksiya kreditorların mənafeyinə xidmət edir. Həmin funksiyanın mahiyyəti ondan ibarət-
dir ki, cəmiyyət kreditorların mənafelərini təmin edən əmlaka malik olmalıdır. Nizamnamə kapitalı da məhz hə-
min əmlakın minimum miqdarını müəyyənləşdirir.
Cəmiyyətin nizamnamə kapitalı dəyişdirilə bilər. Nizamnamə kapitalının dəyişdirilməsi dedikdə, onun ya
artırılması, ya da azaldılması başa düşülür. Nizamnamə kapitalının artırılması MM-in 90-jı maddəsinin 4-7-ci
bəndləri ilə, onun azaldılması isə MM-in 90-jı maddəsinin 8-ci bəndi ilə tənzimlənir.
Dostları ilə paylaş: |