na qanun icazə verir (bir şəxsin kompaniyası). Səhmdar cəmiyyəti bir şəxsdən (fiziki və ya hüquqi şəxs-
dən) də ibarət ola bilər. Belə ki, bu cəmiyyətin bütün səhmlərini bir səhmdar əldə edə bilər. Bu qaydadan qa-
nun müəyyən istisnaya yol verir. Belə ki, səhmdar cəmiyyətinin yeganə iştirakçısı bir şəxsdən ibarət olan digər
təsərrüfat cəmiyyəti ola bilməz (MM-in 98-ci maddəsinin 5-ci bəndi). Bu qaydanın əsas məqsədi mümkün ola
bilən müxtəlif cür sui-istifadə hallarının qarşısını almaqdan ibarətdir.
Dövlət orqanları və yerli özünüidarə orqanlarının səhmdar cəmiyyətinin yaradılmasında və fəaliyyətində işti-
rakı qanunla məhdudlaşır (MM-in 64-cü maddəsinin 6-cı bəndi). Belə ki, bu orqanların səhmdar cəmiyyətinin
iştirakçıları kimi çıxış etmələrini mülki qanunvericilik qadaüan edir. Dövlət müəssisələri özəlləşdirilərkən
səhmdar cəmiyyətinin yaradılmasında, dövlət müəssisəsinin çevrilməsi nəticəsində səhmdar cəmiyyətinin əmə-
lə gəlməsində dövlət müəssisələri iştirak edirlər.
Dediklərimizdən belə məlum olur ki, səhmdar cəmiyyəti yaradılarkən, təsərrüfat ortaqlıqlarından fərqli ola-
raq, onların iştirakçılarının kommersiya (sahibkarlıq) dövriyyəsinin professional subyektlərindən ibarət olması
tələb edilmir. Cəmiyyətin iştirakçıları onun fəaliyyətində şəxsən iştirak etməyə borclu deyillər. Məhz bu sə-
bəbdən səhmdar cəmiyyətinin fəaliyyətini həyata keçirən xüsusi idarəetmə orqanlarının yaradılmasına
Dostları ilə paylaş: |