6. Keçmiş SSRI normativ aktları mülki hüququn mənbəyi kimi
Keçmiş SSRI-nin normativ aktları Azərbaycan Respublikasının mülki qanunvericilik sisteminə daxil edilmir.
Lakin buna baxmayaraq, həmin aktlardan bəziləri bizim ölkəmizdə öz əhəmiyyətini tam itirməmişdir. Özündə
mülki hüquq normaları ifadə edən bir neçə bu cür akt hüququn mənbəyi kimi müəyyən rola malikdir.
«Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» 18 oktyabr 1991-ci il tarixli Konstitusiya aktı
qəbul edilən kimi SSRI normativ aktları Azərbaycan Respublikasının ərazisində öz qüvvəsini dərhal avtomatik
olaraq itirmədi. Həmin aktda müəyyən əhəmiyyətə malik olan belə bir göstəriş ifadə olunur ki, Azərbaycan
Respublikasının müvafiq qanunları qəbul edilənədək SSRI qanunları Azərbaycan Respublikasının ərazisində
hüquqi qüvvəsini saxlayır və həmin qanunların siyahısını Azərbaycan Respublikasının parlamenti müəyyən
edir.
Parlament (Milli Məclis) 28 oktyabr 1992-ci il tarixində «Azərbaycan Respublikasının ərazisində hüquqi
qüvvəsini müvəqqəti olaraq saxlayan keçmiş SSRI qanunları və onların tətbiqi haqqında» qanun qəbul etdi. Bu-
rada qüvvəsini itirməyən keçmiş SSRI qanunlarının adları sadalanırdı.
«Normativ hüquqi aktlar haqqında» 6 sentyabr 1994-cü il tarixli qanunun (hal-hazırda bu qanun qüvvədən
düşmüşdür) 9-cu maddəsi, müəyyən şərtlərlə, keçmiş SSRI normativ aktlarının Azərbaycan Respublikasında
hüquqi qüvvəyə malik olmasını nəzərdə tuturdu. «Normativ hüquqi aktlar haqqında» yeni qanunda da bu cür
göstəriş ifadə olunur: Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edilənədək qüvvədə olmuş akt-
Dostları ilə paylaş: |