Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə724/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   720   721   722   723   724   725   726   727   ...   1820
yət daşıyır (MM-in 110-cu maddəsinin 4-cü bəndi). Özü də dərhal qeyd edirik ki, kooperativin hər bir özvü 

ə

lavə haqqın verilməmiş hissəsi həddində məsuliyyət daşıyır. Subsidiar (əlavə) məsuliyyətə görə kreditor öz 



borclarını almaq üçün əvvəlcə kooperativə tələb irəli sürür. Kreditorların tələblərini təmin etmək üçün koopera-

tivin əmlakı çatışmadıqda, bu tələb kooperativin özvlərinin şəxsi əmlakı (məsələn, nəqliyyat vasitəsi, torpaq sa-

həsi, bank əmanəti, yaşayış evi və s.) hesabına ödənilir. Birgə məsuliyyətə görə kreditor öz arzu və istəyi ilə 

hər bir kooperativ özvündən borcun həm tam, həm də hissə-hissə verilməsini tələb edə bilər.  

Mülki qanunvericilik kooperativin və onun özvlərinin əmlak məsuliyyətinin tənzimlənməsinə vacib əhəmiy-

yət  verir  (MM-in  110-3-cü  maddəsinin  3-cü  bəndi).  Mülki  Məjəllə  subsidiar  məsuliyyət  prinsipindən  çıxış 

edir. Belə ki, kooperativin özvləri kooperativin ühdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Belə məsu-

liyyət o halda yaranır ki, kooperativin öz borclarını ödəmək özün kifayət qədər vəsaiti olmasın (MM-in 110-3-

cü maddəsinin 4-cü bəndi). Buna görə də kooperativin borcu kooperativ özvlərinin şəxsi əmlakı hesabına ödə-



 

229


nilir, silinir. 

Qeyd  etmək  lazımdır  ki,  kooperativ  özvlərinin  verdikləri  pay  kooperativin  pay  (nizamnamə)  fondunu 

ə

mələ gətirir. Bu fond kreditorların mənafelərini təmin edir. Başqa sözlə desək, kooperativin pay fondu onun 



kreditorlarının  tələblərini  ödəmək  üçün  minimum  təminatdır.  O,  kooperativ  əmlakının  elə  minimal  həddini 

müəyyənləşdirir ki, həmin hədd kooperativin kreditorlarının maraq və mənafelərinə təminat verir. Buna görə də 

mülki qanunvericilik kooperativin pay fondunun tənzimlənməsinə xüsusi diqqət yetirir (MM-in 110-1-ci mad-

dəsi). 


Kooperativin pay fonduna kooperativin həm mütləq əmlak pay haqqı, həm də əlavə əmlak pay haqqı daxil-

dir. O ki qaldı özvlük haqqına, qeyd etməliyik ki, o, pay fonduna daxil deyildir. Özvlük haqqı iştirakzının koo-

perativ özvlüyünə daxil olması zamanı bununla bağlı xərjlərin ödənilməsi özün pul məbləğinə deyilir; o, həmin 

pul  məbləğini  kooperativə  daxil  olarkən  ödəyir.  Aydın  məsələdir  ki,  özvlük  haqqı  kooperativin  pay  fondunu 

təşkil edə bilməz. Odur ki, kooperativin özvü kooperativdən zıxdıqda özvlük haqqı ona qaytarılmır. 

Kooperativin pay fondu həm artırıla, həm də azaldıla bilər. Qanun buna yol verir (MM-in 110-1-ci maddəsi-

nin 5-ci və 6-jı bəndləri). Kooperativin pay fondu yalnız bir yolla artırıla bilər. Belə ki, kooperativ özvlərinin 

mütləq pay haqlarının miqdarı artırılır. Bu isə nəticədə kooperativin pay fondunun artırılmasına səbəb olur. 

Kooperativin pay fondu yalnız o halda azaldıla bilər ki, onun miqdarı xalis aktivlərinin miqdarından zox ol-

sun. Belə halda kooperativin pay fondunun azaldılmasına zərurət yaranır. Məsələ burasındadır ki, kooperati-

vin pay fondunun miqdarı, adətən, onun xalis aktivlərinin miqdarından zox olmamalıdır. Əgər zox olarsa, koo-

perativin pay  fondu göstərilən fərq məbləğində mütləq pay haqlarının mütənasib surətdə azaldılması  yolu ilə 

azaldılır. Məsələn, tutaq ki, kooperativin pay fondunun miqdarı yöz min manatdır. Onun xalis aktivləri isə qırx 

min manatdan ibarətdir. Fərq məbləğində, yəni altmış min manat (100.000 man – 40.000 man = 60.000 man) 

miqdarında pay fondunun miqdarı azaldılmalıdır. 

Kooperativin pay fondunun həm artırılması, həm də azaldılması onun nizamnaməsinin dəyişməsinə gətirib 

zıxarır. Odur ki, həmin məsələləri həll etmək özün kooperativ özvlərinin ümumi yığınjağının qərarı tələb olu-

nur. Kooperativin nizamnaməsini yalnız ümumi yığınjaq dəyişdirə bilər; bu, onun müstəsna səlahiyyətinə aid 

olan məsələdir. 

Kooperativ əyyən orqanlar sistemi ilə idarə olunur. Bu orqanların səlahiyyətləri və onların qərarlar qə-

bul etməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir (MM-in 111-ci maddəsinin 2-ci bəndi). Hə-

min orqanların strukturu üçpilləlidir:  

 kooperativin ali idarəetmə orqanı; 



 müşahidə şurası;  

 kooperativin icra orqanları.  




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   720   721   722   723   724   725   726   727   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin