Müşahidə şurası dedikdə, kooperativin elə bir idarəetmə orqanı başa düşülür ki, onun əsas funksiyası koo-
perativin icra orqanlarının fəaliyyətinə nəzarət etməkdən ibarətdir. Bu idarəetmə orqanı özvlərinin sayı 50-dən
çox olan kooperativlərdə yaradıla bilər. Özü də onu kooperativ özvlərinin ümumi yıüıncaüı yaradır.
Müşahidə şurası, kooperativin icra orqanlarının fəaliyyətinə ümumi nəzarəti həyata keçirməklə bərabər, həm
də onun müstəsna səlahiyyətinə aid edilmiş məsələləri həll edir. Bu məsələlərin dairəsi kooperativin nizamna-
məsi ilə müəyyənləşdirilir. Müşahidə şurası həmin məsələləri özü istəsə belə, həll edilmək üçün kooperativin
icra orqanlarına verə bilməz. Mülki qanunvericilik buna yol vermir (MM-in 111-ci maddəsinin 4-cü bəndi).
Bu, o deməkdir ki, mülki qanunvericilik müstəsna səlahiyyətin verilməməsi prinsipindən çıxış edir ki, o,
yol verilə bilən mümkün sui-istifadə hallarının qarşısını almaq məqsədinə xidmət edir.
Qeyd etmək lazımdır ki, öz hüquqi statusuna görə müşahidə şurası ikili təbiətə malik olan orqandır. Belə ki,
birincisi, o, idarəetmə orqanıdır. Buna görə də müşahidə şurası idarəzilik funksiyasını yerinə yetirir; onun
funksiyası kooperativin fəaliyyətinə aid nisbətən vacib məsələləri həll etməkdən ibarətdir. Xüsusən də əgər ni-
zamnamədə nəzərdə tutularsa, kooperativin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə xitam vermək
müşahidə şurasının səlahiyyətlərinə aid edilə bilər.
kincisi, müşahidə şurası nəzarət orqanıdır; o, qeyd etdiyimiz kimi, kooperativin icra orqanlarının fəaliyyə-
tinə nəzarət edir; nəzarət funksiyası müşahidə şurasının yerinə yetirdiyi əsas funksiya hesab olunur.
Kooperativdə icra funksiyası nəzarət funksiyasından ayrılmışdır. Odur ki, kooperativin özvü eyni zaman-
da müşahidə şurasının özvü və icra orqanının rəhbəri (idarə heyətinin və ya kooperativin sədri) ola bilməz
(MM-in 111-ci maddəsinin 1-ci bəndi). Bu qayda həm də nəzarət orqanı olan müşahidə şurasının icra orqanın-
dan asılı olmamasını və müstəqilliyini təmin edir.
Müşahidə şurası kollegial orqandır; onun özvlərinin sayı və səlahiyyət müddəti kooperativ özvlərinin ümu-
mi yığınjağı tərəfindən müəyyən olunur.
jlas müşahidə şurasının əsas və başlıca təşkilati fəaliyyət formasıdır; bu orqan ijlaslar keçirməklə fəaliyyət
göstərir. Müşahidə şurasının ijlası hər hansı məsələnin mözakirə edilməsinə zərurət yarandıqda, lakin yarım ildə
bir dəfədən az olmayaraq (ildə iki dəfədən az olmayaraq) zağırılır. Müşahidə şurasının ijlasları kooperativin ni-
zamnaməsində müəyyən edilən qaydada keçirilir (MM-in 111-ci maddəsinin 9-cu bəndi).
Müşahidə şurası özvlərinin hüququ yoxdur ki, onlar kooperativ adından fəaliyyət göstərsin. Onun özvləri
231
yalnız kooperativin özvlərindən ola bilər (MM-in 111-ci maddəsinin 1-ci bəndi).
Dostları ilə paylaş: |