255
nı ifadə edir. Mülkiyyətçi əşya üzərində tam yiyəliyə malikdir. O, əmlak barəsində qanunazidd olmayan istəni-
lən hərəkəti edə bilər. Hegelə görə, mülkiyyətçinin əşyanı məhv etmək imkanı mülkiyyətin tamlığını və azadlı-
ğ
ını sübuta yetirir. Təsadüfi deyildir ki, klassik mülkiyyət hüququ mülkiyyətçinin əşyanı məhv etmək səlahiy-
yətini də əhatə edir. Almaniya mülki hüquq elmində göstərilir ki, mülkiyyət tam əşya hüququdur.
Mülkiyyət hüququnun tamlığı onu ifadə edir ki, onun məzmunu təkcə üçlü səlahiyyət (sahiblik səlahiyyəti;
əş
yadan istifadə səlahiyyəti; əşya üzərində sərənjam səlahiyyəti) ilə kifayətlənmir. Mülkiyyətin hüquqi məzmu-
nuna digər səlahiyyətlər də daxil ola bilər. Belə halda mülkiyyət hüququ
qeyri-mə
hdud hüquq sayılır. Bu xü-
susiyyəti ilə mülkiyyət hüququ əşya hüququnun digər növü olan məhdud əşya hüququndan (məsələn, servitut
hüququndan, girov hüququndan və digər hüquqlardan) fərqlənir. Belə ki, məhdud əşya hüququnun sahibi olan
şə
xslər (mülkiyyətçi olmayan şəxslər) mülkiyyət hüququnun məzmununu təşkil edən səlahiyyətlərin hamısına
yox, bəzi səlahiyyətlərə malikdirlər. Həmin səlahiyyətlər heç bir vaxt tam halında, eyni zamanda bu şəxslərə
məxsus olmur. Məsələn, əmlakı girov götürməklə borc verən şəxs həmin əmlaka yalnız sahiblik etmək səlahiyyə-
tinə malikdir; onun girov qoyulmuş əmlakdan nə istifadə etmək, nə də onun üzərində sərənjam vermək səlahiyyəti
vardır.
Dediklərimiz onu təsdiq edir ki, mülkiyyət hüququ Fransa mülki hüquq elmində göstərildiyi kimi,
suveren
Dostları ilə paylaş: