Microsoft Word mulki huquq doc


hüquqdur. Belə ki, mülkiyyət hüququ son müddət ideyasını qəbul etmir: müvəqqəti mülkiyyət mövcud deyil.  Bu, onun dördüncü xüsusiyy



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə803/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   799   800   801   802   803   804   805   806   ...   1820
hüquqdur. Belə ki, mülkiyyət hüququ son müddət ideyasını qəbul etmir: müvəqqəti mülkiyyət mövcud deyil. 

Bu, onun dördüncü xüsusiyyətidir. Qanun subyektiv mülkiyyət hüququnun qüvvədə olma müddətini müəyyən 

etmir. Başqa sözlə desək, mülkiyyətçi əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərənjam vermək 

hüquqlarını müddətdən asılı olmadan həyata keçirmək imkanına malikdir. Bu, o deməkdir ki, mülkiyyət hüququ 

ekstinktiv müddəti (mövcud olma və ya ləğv olunma müddətini) tanımır. Bunlardan əlavə, mülkiyyət hüququ-

nun müddətsiz xarakterə malik olması həm də onda ifadə edilir ki, o, hər hansı müddətlə məhdudlaşdırılmır. O 

mənada məhdudlaşdırılmır ki, mülkiyyət hüququnun obyekti, yəni əşya mövcud olana qədər mülkiyyət hüququ 

da mövcud olmaqda davam edir. Hətta mülkiyyətçinin ölümündən sonra da o, mövcud olmaqda davam edir və 

ləğv olunmur. Belə ki, əgər mülkiyyətçi ölərsə, bu zaman mülkiyyət hüququ vərəsəlik qaydasında mülkiyyətçi-

nin vərəsələrinə keçir. 

Mülkiyyət hüququ müstəsna hüquqlar dairəsinə aid edilən hüquqdur. Bu, onu ifadə edir ki, başqalarının 

yox, yalnız və yalnız mülkiyyətçinin öz əmlakı barəsində qanuna zidd olmayan istənilən hərəkəti etmək hüququ 

vardır; belə hərəkəti başqaları yalnız mülkiyyətçinin icazəsi və razılığı ilə edə bilərlər; əgər mülkiyyətçinin razı-

lığı və icazəsi olmadan onlar əşyadan istifadə və digər hərəkətlər edərlərsə, bu, hüquq pozuntusu sayılır. Yalnız 

mülkiyyətçinin ixtiyarı vardır ki, bütün üçüncü şəxslərin əmlaka etdiyi təsiri dəf etsin. Əşyaya müstəsna hüquqa 

malik olmaq həm də o deməkdir ki, bütün şəxslər («hamı və hər kəs») əşya barəsində mülkiyyətçinin iradəsi ol-

madan hər hansı hərəkət etməkdən çəkinməlidirlər. Bu, mülkiyyət hüququnun beşinci xüsusiyyətidir. Mülkiy-

yət hüququnun müstəsna hüquq olması mülkiyyətçinin, yəni mülkiyyət hüququnun sahibi olan şəxsin inhisarçı-



ğı deməkdir. Belə ki, mülkiyyət hüququ öz sahibi (mülkiyyətçi) üçün əmlakdan istifadə etmək və ondan fayda 

götürməkdə, əmlaka sərənjam verməkdə inhisarçılıq müəyyənləşdirir. Buna görə də mülkiyyət hüququ inhisar 



hüququ  deməkdir.  ABŞ  mülki  hüququna  görə  mülkiyyət  hüququ  mülkiyyətçinin  əmlaka  müstəsna  sahiblik, 

ə

mlakdan müstəsna istifadə və onun üzərində müstəsna sərənjam vermək hüququnu ifadə edir.  




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   799   800   801   802   803   804   805   806   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin