Mülkiyyət hüquq münasibətlərinin obyekti yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya ola bilər.
Yalnız konkret və müəyyən əşyaya özününkü kimi münasibət bəsləmək mümkündür. Cinsi əlamətləri ilə müəy-
yən edilən əşya da mülkiyyət hüququnun obyekti ola bilər, bu şərtlə ki, həmin əşya eyni cinsdən olan əşyalar
arasından fərdiləşdirilməklə ayrıla bilsin. Məsələn, vətəndaş pulu banka əmanətə qoyur və bank əmanəti müqa-
viləsi bağlayır. Belə halda deyirik ki, o, pula mülkiyyət hüququnu itirir. Müddət başa çatdıqda, əmanətçi əma-
nəti geri götürür. Belə halda isə deyirik ki, o, bankdan götürdüyü pula mülkiyyət hüququ əldə edir. Bu kimi hal-
larda, sözün əsl mənasında, pul cinsi əlamətləri ilə müəyyən edilən əşya olduğuna görə mülkiyyət hüququnun
predmeti ola bilmir. Amma pul seriya və nömrələri yazılmaqla fərdiləşdirilə və bununla mülkiyyət hüququnun
obyekti ola bilər. Məsələn, vətəndaş pulun seriya və nömrələrini yazıb özündə saxlayır. Bununla həmin pul ni-
ş
anəsi digər pullardan (pul kütləsindən) ayrılır və fərdi əlamətləri ilə müəyyən edilən əşyaya çevrilir. Belə halda
isə pul mülkiyyət hüquq münasibətinin obyekti kimi çıxış edir.
Əş
ya hüququnun, o cümlədən mülkiyyət hüququnun obyekti rolunda yalnız əşya çıxış edə bilər; anjaq əşya-
ya münasibətdə mülkiyyət hüququ mövcud olur. Başqa sözlə desək, yalnız əşyaya mülkiyyət hüququnun olma-
sından söhbət etmək olar. Ona görə də mülkiyyət hüququnun obyekti olmaq üçün müvafiq predmetin əşya ol-
ması tələb edilir. Bizim ölkə qanunvericiliyinə görə, yalnız maddi (fiziki) obyektlər əşya sayılır (MM-in 135-
ci maddəsinin 1-ci bəndi). Bu, bəzi xarici ölkələrin qanunvericiliyinə uyğundur. Almaniya qanunvericiliyinə
görə əşya qismində anjaq maddi obyektlər çıxış edə bilər (MQ-nin 90-cı paraqrafı). Yaponiya qanunvericiliyi
göstərir ki, yalnız maddi predmetlər əşya kateqoriyasına aid edilir (MM-in 85-ci maddəsi). Almaniyada, hüqu-
qi-texniki planda, mülkiyyət hüququnun obyekti yalnız maddi nemətlər ola bilər (MQ-nin 80-ci paraqrafı).
Fransa və taliya kimi ölkələrdə isə mülkiyyət hüququ qeyri-maddi nemətlərə (məsələn, oricinal ideyaya) də şa-
mil edilir.
Dostları ilə paylaş: |