7. Mülkiyyət hüquq münasibətlərinin obyekti və məzmunu
Mülkiyyət hüququnun obyektlərinin dairəsi kifayət qədər genişdir. Buraya daxildir: torpaq; yerin təki; daxili
sular və ərazi suları; qitə şelfi; hava hövzəsi; bitkilər və heyvanlar aləmi; müəssisələr; əmlak kompleksləri; bi-
nalar, qurğular; avadanlıq; xammal və materiallar; pullar, qiymətli kağızlar; istehsal təyinatlı digər əmlak; isteh-
lak məhsulları. Bunlar mülkiyyət hüququnun ayrı-ayrı subyektlərinə (ya dövlətə, ya bələdiyyəyə, ya da fiziki və
hüquqi şəxslərə) məxsus ola bilər.
Qeyd etmək lazımdır ki, maddi dünyanın mülki dövriyyə qabiliyyətli hər hansı predmeti, istehsal vasitə və
məhsulları mülkiyyət hüququnun obyekti ola bilər. Şəxsi qeyri-maddi nemətlər — həyat, sağlamlıq, şərəf və lə-
yaqət, rəsmi ad-san (işgüzar nüfuz) və s. mülkiyyət hüququnun obyekti qismində çıxış edə bilməz. Bu, məlum
məsələdir; həyat, sağlamlıq və digər şəxsi qeyri-maddi nemətlər nejə mülkiyyət hüququnun obyekti ola bilər?
Hətta bunu təsəvvür etmək qeyri-mümkündür.
Ə
qli yaradıcılıq fəaliyyətinin elmi-texniki ideyalardan və ədəbi-bədii obrazlardan ibarət olan ideal (qeyri-
maddi) nəticələri — elm, ədəbiyyat və injəsənət əsərləri, kəşflər, ixtiralar, faydalı modellər və başqalarının mül-
kiyyət hüququnun obyekti ola bilməsi istisna edilir. Bu da aydın məsələdir. Belə ki, əqli yaradıcılıq fəaliyyəti-
nin nəticələrinin maddiləşmiş (əşya) forması yoxdur; onlar qeyri-maddi nemətlərdir. Məsələn, hər hansı əsər
ə
dəbi-bədii obrazlardan və ya elmi ideyalardan, ixtira simvollardan, çertyoclardan və s. ibarətdir. Bu kimi ne-
mətlər nejə mülkiyyət hüququnun obyekti ola bilər? Bununla bərabər, əqli fəaliyyətin nəticələri, əgər hər hansı
maddi obyektdə (məsələn, alimin etdiyi ixtiranın çertyocları əsasında istehsal olunmuş yeni təyinatlı saatda, so-
yuducuda, televizorda, velosipeddə və digər obyektlərdə, müəllifin yazdığı əsəri əks etdirən kitabda və s.) ifadə
edilərsə, digər əşyalar kimi mülkiyyət obyektinin obyekti ola bilər. Təsadüfi deyildir ki, əsərin ifadə edildiyi
maddi obyektə olan mülkiyyət hüququ barədə qanun göstəriş ifadə edir (Müəlliflik hüququ və əlaqəli hüquqlar
haqqında qanunun 5-ci maddəsinin 4-cü bəndi).
Dostları ilə paylaş: |