Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə814/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   810   811   812   813   814   815   816   817   ...   1820
Subyektiv  mülkiyyət  hüququnun  məzmunu  dedikdə,  səlahiyyətli  şəxsə  (mülkiyyətçiyə)  verilən  hüquqi 

imkanlar başa düşülür. Bu hüquqi imkanlar subyektiv mülkiyyət hüququnun məzmununun tərkib hissəsi (ele-

menti) kimi çıxış edir. O, səlahiyyət adlanır. Üç cür səlahiyyət fərqləndirilir: 

 tələb etmək səlahiyyəti (hüquqi imkanı); 



 müdafiə səlahiyyəti (hüquqi imkanı); 

 davranış səlahiyyəti (hüquqi imkanı). 



Tələb etmək səlahiyyətinin mahiyyəti ondan ibarətdir ki, səlahiyyətli şəxs (mülkiyyətçi) bütün şəxslərdən 

(«hamıdan və hər kəsdən») ona məxsus olan mülkiyyət hüququnu pozmamağı tələb etmək imkanına malikdir. 



Müdafiə etmək səlahiyyəti onu ifadə edir ki, səlahiyyətli şəxsin (mülkiyyətçinin) onun mülkiyyət hüququnu 

pozanlara dövlət məjburetmə tədbirləri tətbiq olunmasını tələb etmək imkanı vardır. Davranış səlahiyyəti de-

dikdə, səlahiyyətli şəxsə (mülkiyyətçiyə) əşya barəsində müstəqil surətdə faktiki və hüquqi əhəmiyyətli hərə-

kətlər etmək imkanı verilməsi başa düşülür. Məhz davranış səlahiyyəti subyektiv mülkiyyət hüququnun məz-

mununun əsasını və bünövrəsini təşkil edir. O, mühüm və başlıja səlahiyyətdir. Deməli, subyektiv mülkiyyət 

hüququnun məzmununda üç səlahiyyət birləşir. Ona görə də bu hüquq subyektiv mülki hüququn klassik mo-



delidir.  

Davranış səlahiyyəti özü üç cür səlahiyyəti əhatə edir: sahiblik səlahiyyətini; istifadə etmək səlahiyyətini; sə-

rənjam vermək səlahiyyətini. Azərbaycan Respublikasının yeni MM-i də bu mövqedən çıxış edir. MM-in 152-

ci maddəsində ənənəvi üçlü səlahiyyət ifadə edilmişdir. 

Mülkiyyətçinin  üçlü  səlahiyyətə  yalnız  Rusiya  Federasiyasının,  MDB-yə  daxil  olan  bir  çox  dövlətlərin,  o 

cümlədən Azərbaycan Respublikasının milli hüquq sistemində rast gəlmək olur.  nkişaf etmiş hüquq sistemləri-

nin heç biri üçlü səlahiyyət kimi hüquqi kateqoriya tanımır.  lk dəfə olaraq bu səlahiyyət 1832-ci ildə Rusiya 

imperiyasının qanunlar külliyyatının 1-ci hissəsinin 10-cu cildinin 420-ci maddəsində qanunvericilik qaydasın-

da təsbit edilmişdir. Sovet dövrünün mülkiyyət qanunvericiliyi üçlü səlahiyyəti həmin sənəddən iqtibas edərək, 

1922-ci və 1964-cü illərin mülki məcəllələrində, 1961-ci il və 1991-ci illərin mülki qanunvericiliyinin əsasların-

da saxlamışdı. Azərbaycan Respublikasının 1964-cü il MM-inin 87-ci maddəsi mülkiyyətçinin əmlaka sahiblik, 

ə

mlakdan istifadə və onun üzərində sərənjam vermək hüququnu müəyyənləşdirirdi. Bu qayda «Mülkiyyət haq-



qında» qanunda da saxlanılmışdı (1-ci maddə). 

Sovet dövrünün mülki hüquq elmi mülkiyyətçinin üçlü səlahiyyətə xüsusi əhəmiyyət verirdi. Alimlərin çoxu 

mülkiyyətin məna və məzmununu məhz bu səlahiyyətdə axtarırdılar. Tez-tez onlar A.V.Venediktovun irəli sür-

düyü fikrə istinad edirdilər: mülkiyyətçinin əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərənjam ver-

mək  üzrə  səlahiyyətlərinin  ənənəvi  siyahısı  bütün  formasiyalarda  mülkiyyət  hüququ  üçün  ümumi  olan  cəhəti 

ifadə edir. 

Ə

jnəbi  dövlətlərin  qanunvericiliyində  subyektiv  mülkiyyət  hüququnun  məzmununa  müxtəlif  səlahiyyətlər 



aid  edilir.  Yapon  qanunvericiliyinə  görə,  mülkiyyət  hüququnun  məzmununa  qanunvericiliyin  müəyyən  etdiyi 

hədlərdə bu hüquqdan müstəqil və azad surətdə istifadə etmək, fayda götürmək və ona sərənjam vermək hüqu-

qu daxildir (MM-in 206-cı maddəsi). Yaponiya Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə, mülkiy-

yət hüququnun məzmunu «qanunla müəyyən edilir, bir şərtlə ki, ictimai nemətlərə zidd olmasın». Fransa Mülki 

Məcəlləsinin 544-cü maddəsinə görə, mülkiyyət dedikdə, mütləq qaydada əşyadan istifadə və onun üzərində sə-

rənjam vermək hüququ başa düşülür. Fransa qanununa görə, mülkiyyətçi əşyadan yalnız qanunla qadağan edil-

məmiş fəaliyyət üçün istifadə edə bilər. 

Almaniya Mülki Qanunnaməsinin 903-cü paraqrafına görə, mülkiyyətçi əşya üzərində öz mülahizəsinə və is-

təyinə uyğun olaraq sərənjam verə bilər, habelə başqalarının əşyaya hər cür təsir göstərməsinin qarşısını ala bi-

lər, bu şərtlə ki, qanunun göstərişlərinə və ya üçüncü şəxslərin hüquqlarına zidd olmasın. Burada mülkiyyət hü-

ququnun məzmununa iki cür anlayış verilir: formal mənada anlayış; maddi mənada anlayış. Formal mənada 



 

258



Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   810   811   812   813   814   815   816   817   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin