kimi üç növü fərqləndirilir. Mülki-hüquqi müsadirə mülki hüquq pozuntusuna, inzibati-hüquqi müsadirə inzi-
bati hüquq pozuntusuna, cinayət-hüquqi müsadirə isə cinayət hüquq pozuntusuna görə tətbiq edilir. Qüvvədən
düşmüş nzibati Hüquqpozmalar haqqında Məcəlləyə görə, inzibati-hüquqi müsadirə inzibati qaydada səlahiy-
yətli dövlət orqanlarının qərarı əsasında həyata keçirilirdi ki, bu, Konstitusiyanın 29-cu maddəsinin IV hissəsin-
də ifadə olunan müddəaya zidd idi. Bu müddəaya görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən
məhrum edilə bilməz. Ona görə Konstitusiya qaydasında təsbit edilən imperativ xarakterli həmin göstəriş müsa-
dirənin inzibati qaydada həyata keçirilməsinin mümkünlüyünü istisna edir. Qüvvədə olan XM bunu nəzərə ala-
raq, göstərilən ziddiyyəti aradan qaldırmışdır. Belə ki, həmin məcəllənin 27-ci maddəsinə görə, inzibati-hüquqi
müsadirə hakim tərəfindən tətbiq edilir.
Beləliklə, həm inzibati-hüquqi, həm mülki-hüquqi, həm də cinayət-hüquqi müsadirəyə görə əmlak məjburi
qaydada, əvəzsiz olaraq dövlət mülkiyyətinə alınır və bununla müvafiq şəxslərin mülkiyyət hüququna xitam ve-
rilir.
«Varidata təminat verilməsi haqqında» Konstitusiya qanunu qanunda nəzərdə tutulan hallar istisna olmaqla,
şə
xslərin varidatının toxunulmazlığına, məjburi və əvəzsiz olaraq dövlətin mülkiyyətinə keçirilməməsinə, mü-
sadirə olunmayajağına tam təminat verir. Analoci göstəriş «Müəssisələr haqqında» qanunun 25-ci maddəsində
də ifadə edilmişdi. Bu maddəyə görə, qanunda müəyyən edilmiş hallar istisna olmaqla, müəssisənin əmlakı mü-
sadirə edilə bilməzdi.
Müsadirə bəzi ölkələrin qanunvericiliyinə məlum deyil. Məsələn, Almaniya Mülki Qanunnaməsində müsa-
dirə kimi üsula rast gəlmirik.
Dostları ilə paylaş: |