qdin dördüncü əlaməti ondan ibarətdir ki, o, xüsusi olaraq müəyyən hüquqi nəticə əldə olunmasına
yönələn hərəkətdir. Hüquqi nəticə dedikdə, əqd bağlanması sayəsində subyekt üçün mülki hüquq və vəzifə-
nin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması başa düşülür.
Ə
qdin hüquqi nəticəsi son dərəcə müxtəlifdir. Məsələn, vətəndaş öz qonşusundan minik avtomobili alır. Bu
alqı-satqı əqdinin hüquqi nəticəsi minik avtomobili üzərində mülkiyyət hüququ əldə etməkdən ibarətdir. Başqa
bir misalda kənddən şəhərə işləməyə gələn vətəndaş yaşayış evini kirayəyə götürür. Bu kirayə əqdinin hüquqi
nəticəsi isə yaşayış evi üzərində müvəqqəti istifadə hüququ əldə etməkdən ibarətdir.
Hüquqi nəticə güdməyən hərəkət əqd hesab olunmur. Məsələn, iki dost kinoya və ya teatra getmək barədə
razılığa gəlirlər. Başqa bir misalda iki nəfər kənd sakini öz aralarında razılaşırlar ki, bazar günü kənddən xeyli
aralıda yerləşən meşəyə gəzməyə getsinlər. Bu cür razılaşmalar hər hansı hüquqi nəticə güdmür. Ona görə də
həmin razılaşmalara əqd demək olmaz. Onlar mənəvi-məişət sazişləri hesab edilir.
Ə
qdin bu əlaməti onu hüquqi əməllərdən fərqləndirməyə imkan verir. Hüquqi əməllər də əqdlər kimi hərə-
kət kateqoriyasına aid edilir və mülki-hüquqi nəticəyə səbəb olur. Lakin əqdlərdən fərqli olaraq, hüquqi əməllər
xüsusi olaraq hüquqi nəticə əldə olunmasına yönəlmir. Onlar hüquqi nəticə güdməyən hərəkətlərdir. Lakin buna
baxmayaraq, qanunda ifadə olunan göstərişə görə hüquqi əməllər də hüquqi nəticəyə səbəb olur. Məsələn, trak-
torçu kəndli (fermer) təsərrüfatına məxsus olan torpaq sahəsini şumlayarkən orada dəfinə tapır. Qanunda ifadə
olunan göstərişə görə dəfinənin yarısı traktorçuya verilir (MM-in 187-ci maddəsinin 1-ci bəndi). Beləliklə, dəfi-
nənin yarısı üzərində traktorçu mülkiyyət hüququ əldə edir və bu, hüquqi nəticəyə səbəb olur. Traktorçu torpağı
ş
umlayarkən bu cür hüquqi nəticə güdməmişdi.
306
Ə
qdin əlamətləri onu inzibati aktlardan fərqləndirməyə imkan verir. Onların hər ikisi də hüquqi akt kateqori-
yasına aid edilir. Belə ki, həm əqdlər, həm də inzibati aktlar hüquqi akt hesab edilir. nzibati aktlar dedikdə,
dövlət icra hakimiyyəti orqanlarının qəbul etdikləri fərdi xarakterli qeyri-normativ aktlar başa düşülür. Bu akt-
lar əqdlərdən fərqli olaraq, inzibati-hüquqi nəticə doğurur. Məsələn, rayon icra hakimiyyəti orqanının qərarı ilə
müharibə iştirakçısına mənzil verilir. Əqd isə mülki-hüquqi nəticə doğurur.
Dostları ilə paylaş: |