rtin üçüncü əlaməti ondan ibarətdir ki, o, real (mümkün olan) olmalıdır. Söhbət icrası mümkün olan
şə
rtlərdən gedir. Əgər şərtin icrası mümkün olmazsa, o, etibarsız hesab edilir (MM-in 328-ci maddəsinin 2-ci
bəndi). Şərtin göstərilən əlaməti tələb edir ki, onun icra edilməsi və həyata keçirilməsi üçün real imkan olmalı-
dır. Söhbət həm hüquqi imkandan, həm də faktiki imkandan gedir. Məsələn, «əgər xarici ölkə vətəndaşı tor-
paq sahəsinin mülkiyyətçisi olarsa» kimi şərtin icrası hüquqi cəhətdən qeyri-mümkündür, qeyri-realdır. Ona gö-
rə ki, qanun xarici ölkə vətəndaşlarına bizim ölkədə torpaq sahəsinin mülkiyyətçisi olmaq hüququ vermir. Baş-
qa bir misalda alqı-satqı müqaviləsində belə bir şərt nəzərdə tutulur ki, əgər minik avtomobili üçün əbədi və da-
imi mühərrik ijad olunsa, alıcı həmin avtomobili alajaqdır. Bu cür şərtin icrası və həyata keçirilməsi faktiki
cəhətdən mümkün deyil. Ona görə də o, etibarsızdır. Həm faktiki cəhətdən, həm də hüquqi cəhətdən qeyri-real
(qeyri-mümkün) şərtdən asılı olan əqdin özü etibarsız hesab edilir (MM-in 328-ci maddəsinin 2-ci bəndi).
Şə
Dostları ilə paylaş: |