rtin beşinci əlaməti ondan ibarətdir ki, o, əqd bağlayan şəxslərin özləri tərəfindən müstəqil surətdə
müəyyənləşdirilir. Həmin şəxslər heç kəsin iradəsindən asılı olmadan həyatda mövcud olan hallardan şərt kimi
istifadə etmək barədə razılığa gələ bilərlər. Bu cür həyati halların dairəsi müxtəlifdir: ali məktəbə qəbul olmaq;
bol məhsul əldə etmək; başqa işə keçmək; başqa şəhərə köçmək və s. Məsələn, ata öz oğlu ilə razılığa gəlir ki,
ə
gər onun qızı ölkənin ən tanınmış və nüfuzlu universitetinə daxil olsa, minik avtomobilini ata oğluna bağışla-
yajaqdır. Belə halda bağışlama müqaviləsi şərti bağlanan əqd (şərti əqd) hesab edilir. Başqa bir misalda satıcı
vətəndaşla razılığa gəlir ki, əgər vətəndaşın qızı ərə gedərsə, onda satıcı nadir mebel dəstini (cehiz kimi) ona sa-
tajaqdır. Burada şərti bağlanan (şərti) alqı-satqı müqaviləsi göz qabağındadır.
Şə
rti bağlanan əqdlərdə şərt kimi, əsasən, hadisələrdən istifadə edilir. Şəxslərin (fiziki və hüquqi şəxslərin)
Dostları ilə paylaş: |