bağlayan tərəflərin hərəkətlərindən şərt kimi istifadə edilməsinə yol vermir. Belə ki, tərəflərin iradəsindən
asılı olan şərt etibarsızdır (MM-in 328-ci maddəsinin 3-cü bəndi). Bu, o deməkdir ki, şərt baş verməsi və ya baş
verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı ola bilməz. Məsələn, şərti əqdlər «əqd iştirakçısı öz iradəsi
ilə filan hərəkəti edərsə» kimi şərt nəzərdə tuta bilməz.
Şə
rti bağlanan əqdlərin iki növü fərqləndirilir: təxirəsalıcı şərtlə bağlanmış əqdlər; ləğvedici şərtlə bağlanmış
ə
qdlər.
Təxirəsalıcı şərtlə bağlanmış əqdlər odur ki, bu cür əqdlər üzrə tərəflərin hüquq və vəzifələrinin əmələ
gəlməsi gələcəkdə gözlənən və ya naməlum hadisədən və ya artıq baş versə də, hələlik tərəflərə bəlli ol-
mayan hadisədən asılı olur. Tərəflərin əqd üzrə hüquq və vəzifələri əqd bağlandığı anda dərhal yaranmır. Bu
hüquq və vəzifələr yalnız tərəflərin şərt kimi nəzərdə tutduğu hal (hadisə) baş verdikdə əmələ gəlir. Onların
ə
mələ gəlməsi halın (hadisənin) baş verməsinə kimi yubadılır, təxirə salınır. Buna görə həmin əqdlərə təxirə-
salıcı şərtlə bağlanmış əqdlər deyilir.
Şə
rt kimi götürülən halın (hadisənin) baş verməsinə kimi tərəflərin hüquq və vəzifələrinin yaranıb-yaranma-
ması məsələsi hüquq ədəbiyyatında mübahisə doğurur. Müəlliflərdən bəziləri göstərirlər ki, əqd bağlandığı an-
dan hadisənin baş verməsinə kimi tərəflər arasında hüquq münasibəti mövcud olur və müvafiq vəzifələr (saziş-
dən özbaşına əl çəkməyə yol verilməməsi, şərtin əmələ gəlməsinə maneçilik yaradan hərəkətlər edilməməsi)
ə
mələ gəlir. Bu halda tərəflər bağlanmış əqdi birtərəfli qaydada xitam etməmək, əmlakı saxlamaq (hansı ki, bu
ə
mlak barəsində gələcəkdə tərəflərin hüquq və vəzifələri əmələ gəlir) kimi vəzifə daşıyırlar.
kinci qrup müəlliflər əqdin bağlandığı andan hadisənin baş verməsinə kimi hər hansı bir hüquq və vəzifənin
— hüquqi nəticənin əmələ gəlməsini qəti olaraq inkar edirlər. Bizim fikrimizjə, bu müəlliflərin fikri daha inan-
dırıcıdır. Düzdür, qanunvericilik müəyyən şərtlə əqd bağlamış tərəfin üzərinə şərt baş verənədək öhdəliklərin
icrasına maneçilik törədən hər hansı hərəkəti yerinə yetirməmək vəzifəsi qoyur (MM-in 328-ci maddəsinin 8-ci
bəndi). Lakin bu vəzifəni əqdin doğurduğu hüquqi nəticə hesab etmək olmaz.
Ə
gər tərəflərin şərt kimi nəzərdə tutduqları hadisə baş verərsə (və ya üçüncü şəxs tərəfindən hərəkət yerinə
yetirilərsə), onda əqd üzrə hüquqi nəticə — tərəflərin hüquq və vəzifələri də əmələ gələcəkdir. Əksinə, həmin
hadisə (hal) baş vermədikdə, hüquqi nəticə — tərəflərin hüquq və vəzifələri də yaranmır. Məsələn, bağ sahibi
ilə vətəndaş belə bir şərt barədə razılığa gəlirlər ki, əgər tikinti təşkilatı iyun ayının birinə kimi bağ evini tikib
qurtarsa, o, həmin evi vətəndaşa kirayəyə verəjəkdir. Başqa bir misalda qarac sahibi ilə qonşu razılığa gəlirlər
ki, əgər qarac sahibinin xaricə işləməyə gedən oğlu iki ay ərzində minik avtomobili almasa, o, həmin qaracı
qonşuya satajaqdır.
Dostları ilə paylaş: |