kincisi, sahibkarlıq əqdinin sosial-iqtisadi məqsədi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə və
ya qeyri-şəxsi istehlakla bağlı olmalıdır. Bu əqdlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi prosesində sa-
hibkarların sosial-iqtisadi ehtiyac və tələbatını təmin etməkdə hüquqi vasitə rolunu oynayır.
Üçüncüsü, sahibkarlıq əqdi, bir qayda olaraq, əvəzli xarakterə malik olur. Bu, onunla izah edilir ki, sahib-
karlıq fəaliyyəti mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə həyata keçirilir.
Beləliklə, heç olmazsa, tərəflərindən biri sahibkar statuslu şəxs olan, əsas sosial-iqtisadi məqsədi sahib-
karlıq fəaliyyətinin həyata keçirilməsi və ya qeyri-şəxsi istehlakla şərtlənən və həmişə əvəzli xarakter da-
ş
ıyan əqdlərə sahibkarlıq əqdi deyilir. Pərakəndə alqı-satqı, françayzinq, kommersiya konsessiyası, lizinq,
kredit, icarə və digər müqavilələri bu cür əqd kateqoriyasına şamil etmək olar. Mal göndərmə müqaviləsi (alqı-
satqı müqaviləsinin bir növü) «xalis formalı» sahibkarlıq əqdi hesab edilir. Bu, o deməkdir ki, həmin müqavilə
sahibkarlıq əqdinin üç əlamətini də özündə əks etdirir.
Məişət əqdləri sahibkarlıq əqdlərinə müqabil olan əqdlərdir. Mülki qanunvericilik bu əqdlərə də anlayış ver-
mir. Bəzi yerlərdə Mülki Məcəllə «xırda məişət xarakterli əqdlər» anlayışını işlədir ki, biz əvvəlki fəsillərin bi-
rində onun mahiyyətinə aydınlıq gətirmişik.
Dostları ilə paylaş: |