Razılığın formasına gəldikdə isə qeyd etmək lazımdır ki, əqdin bağlanmasına verilən razılığın forması hə-
min əqdin formasından asılı deyildir. Əgər əqd üçün qanunla müəyyən forma (sadə yazılı forma və ya notarial
forma) nəzərdə tutularsa, onda həmin əqdin bağlanmasına verilən razılığın göstərilən formaya uyğun gəlməsi
tələb edilmir və məjburi deyil. Bu, o deməkdir ki, qanunla sadə yazılı forma müəyyənləşdirilən əqdin bağlan-
masına verilən razılıq həm şifahi, həm də yazılı formada ola bilər. Razılıq susmaq yolu ilə də ifadə edilə bilər.
L.Ennekserusun fikrinjə, razılığın formasının əqdin formasından asılı olmaması haqqında qayda onunla izah
edilir ki, razılıq əqdin hissəsi yox, onun etibarlı olmasının zəruri elementidir. Amma qanunvericilikdə razılığın
yazılı formada bağlanması bəzi məqamlarda nəzərdə tutulur (MM-in 32-ci maddəsinin 1-ci bəndi).
Dostları ilə paylaş: |