Uydurma əqd odur ki, bu əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün
bağlanılır. Bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə,
yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla bir növ hüquqi ilğım (görünüş) yara-
daraq, tam başqa məqsəd güdürlər. Özü də bu məqsəd, adətən, hüquqazidd xarakter daşıyır: vergi ödəməkdən
boyun qaçırmaq məqsədilə uydurma əqd bağlamaq; cinayət yolu ilə əldə edilmiş əmlakı müsadirə olunmaqdan
xilas etmək üçün uydurma əqd bağlamaq; əmlakı bölünən ümumi əmlaka daxil etməmək məqsədi ilə uydurma
ə
qd bağlamaq; borc öhdəliyini icra etməkdən boyun qaçırmaq üçün uydurma əqd bağlamaq və s. Məsələn, mü-
sadirədən yaxa qurtarmaq üçün vətəndaş öz qonşusu ilə belə bir bağışlama müqaviləsi bağlayır ki, guya o, mi-
nik avtomobilini qonşuya bağışlayır. Boşanma zamanı ər-arvad arasında ümumi əmlak bölünərkən ər öz dostu
ilə belə bir bağışlama müqaviləsi bağlayır ki, guya o, bağ evini dostuna bağışlamışdır.
Göstərilən hal əsas verir ki, bu əqdlərə qanunazidd və buna görə də məzmunu qüsurlu olan əqd kimi baxıl-
sın. Bundan əlavə, uydurma əqdlər hüquqi məqsədi (əsası) olmayan əqdlərdir. Buna görə də onlar hüquqi
nəticənin əmələ gəlməsinə — tərəflər üçün mülki hüquq və vəzifələrin yaranmasına səbəb olmur. Bu cəhət isə
hüquq ədəbiyyatında həmin əqdlərin saxta (fiktiv) əqdlər adlandırılması üçün əsas olmuşdur. Yaponiya mülki
hüquq elmində həmin növ əqdlərə məhz saxta (fiktiv) əqdlər deyilir (MM-in 94-cü maddəsi).
Uydurma əqdləri bağlamaqda tərəflər müxtəlif məqsədlər güdürlər. Onlar həm ailə-məişət, həm şəxsi, həm
347
də əmək (iş) və s. münasibətlərinə aid ola bilər. Məsələn, bağ evinin sahibi həmin evi ucuz qiymətə kirələmək
istəyən vətəndaşdan yaxasını qurtarmaq üçün öz qonşusu alimlə belə bir kirayə müqavilə bağlayır ki, guya bağ
evi həmin alimə kirayəyə verilmişdir. Amma əslində o, bağ evini alimə kirayəyə vermir və alimdən hər hansı
kirayə haqqı almır.
Uydurma əqdlər mütləq etibarsız (puç) əqdlərdir. Hər hansı hüquqi nəticə — tərəflər üçün hüquq və nəticələr
yaratmadığına görə, təbii ki, bu cür əqdlərin etibarsızlığının da nəticəsi olmur.
Məzmunu qüsurlu olan əqdlərin digər növü yalan əqdlər adlanır (MM-in 340-cı maddəsinin 2-ci bəndi). Uy-
durma əqdlərə yaxın olduğuna görə bu əqdlər hüquq ədəbiyyatında saxta (fiktiv) əqd kateqoriyasına şamil edi-
lir. Yalan əqdlər, uydurma əqdlər kimi, görünüş üçün bağlanır, hüquqi məqsəd (əsas) güdmür, özlüyündə hər
hansı hüquqi nəticə yaratmır. Bu baxımdan hər iki əqd növü eyniləşir.
Bu əqd növləri arasında fərqli cəhət də vardır. Belə ki, uydurma əqdlərin arxasında hüquqi əhəmiyyətə malik
olan hər hansı hərəkət yoxdur; bu əqdlər yalnız görünüş üçün bağlanılır. Bundan fərqli olaraq, yalan əqdlərin
Dostları ilə paylaş: |