Mübahisə edilən əqdlər bağlandığı andan etibarlı və həqiqi əqdlər kimi hüquqi nəticə doğurur. Amma əgər
maraqlı şəxs bu əqdlər barəsində mübahisə edərsə, onlar etibarsız sayılır. Özü də əqdlər mübahisə olunduğu an-
dan yox, bağlandığı andan etibarsız hesab edilir (MM-in 337-ci maddəsinin 2-ci bəndi). Bu o, deməkdir ki, əqd
350
barəsində
mübahisə
etmə
nin geriyə
qüvvə
si vardır.
Maraqlı şəxs dedikdə əqd barəsində mübahisə etmək hüququna malik olan şəxs başa düşülür. Bir qayda ola-
raq, maraqlı şəxs qismində zərərçəkən tərəf çıxış edir. O, əqd barəsində mübahisə etmək hüququnun əsas sub-
yektidir.
Həm ikitərəfli əqd (müqavilə), həm də birtərəfli əqd mübahisə edilə bilər. kitərəfli əqdin (müqavilənin) mü-
bahisə edilməsi buna hüququ çatan tərəfin digər tərəfə iradə ifadəsini bildirməsi yolu ilə həyata keçirilir. O ki
qaldı, birtərəfli əqdə, qeyd etməliyik ki, bu əqddə bir tərəf iştirak edir. Odur ki, hansı şəxsə münasibətdə birtə-
rəfli əqd həyata keçirilmişsə, o şəxsə qarşı da mübahisə edilir
(MM-in 337-ci maddəsinin 2-ci bəndi).
Ə
Dostları ilə paylaş: