Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1082/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1078   1079   1080   1081   1082   1083   1084   1085   ...   1820
Puç əqdlərin etibarsız sayılması üçün məhkəmə qərarının olması tələb edilmir; bu  məsələ mübahisə 

predmetinə çevrilmir. Bu növ əqdlər o qədər qüsurludur ki, onların qüsurlu olması faktının məhkəmə orqanı 

tərəfindən təsdiqlənməsinə ehtiyac qalmır. Həmin qüsur o dərəcədə üzdə və göz qabağındadır ki, onun olmasını 

mübahisə predmetinə çevirmək lazım gəlmir. 

Beləliklə, puç əqdlər, məhkəməyə bu  əqdlərin etibarsız hesab edilməsi barəsində iddia verilməsindən asılı 

olmayaraq, etibarsız sayılır. Onların etibarsız sayılması qanunda ifadə

 edilən birbaşa göstərişlə bağlı olub, 

bu  göstərişə  əsaslanır.  Ona  görə  də  puç  əqdin  elementlərindən  birinin  qüsurlu  olmasını  müəyyən  və  aşkar 

edərkən maraqlı şəxs məhkəmə orqanının müdaxiləsini gözləmədən dərhal puç əqdlərin etibarsızlığının səbəb 

olduğu nəticənin tətbiq olunmasını tələb edə bilər.  

Puç  əqdlər  lap  əvvəldən  etibarsızdır.  Bu,  o  deməkdir  ki,  onlar  bağlandığı  andan  etibarsız  hesab  edilir.  Bu 

ə

qdlər onların etibarsız sayılması haqqında məhkəməyə iddia veriləjəyindən və ya verilməyəjəyindən asılı ol-



mayaraq, hüquqi nəticə (tərəflər üçün hüquq və vəzifələr) yaratmır. 

Doğrudur, puç əqdlə bağlı olaraq məhkəməyə iddia ərizəsi verilə bilər, bu, istisna olunmur. Amma belə hal-

da iddianın predmeti qismində, bir qayda olaraq, əqdin etibarsız hesab edilməsi barədə tələb çıxış etmir. Bu cür 

tələb irəli sürülə də bilməz. Belə ki, əqd qanunda ifadə edilən göstərişə görə puçdur və bunun etibarsız sayılma-

sına ehtiyac yoxdur. Puç əqdlə bağlı iddianın predmetini, adətən, puç əqdlərin etibarsızlığının qanunda nəzərdə 

tutulan nəticəsinin tətbiqi haqqında tələb təşkil edir.  ddia ərizəsini isə istənilən maraqlı şəxs verə bilər. Məhkə-

mənin də əqdin etibarsızlığı nəticələrini tətbiq etmək hüququ vardır. Bununla belə, nadir hallarda puç əqdin eti-

barsız sayılması barədə iddia verilə bilər (bu barədə növbəti yarımbaşlığa bax).  

Biz puç əqdlərin bundan əvvəlki paraqrafda hüquqi xarakteristikasını vermişik. Onların mahiyyətini və əsas 

cəhətlərini yenidən nəzərdən keçirməyə ehtiyac yoxdur. Yalnız puç əqd kateqoriyasına aid edilən əqd növləri-

nin siyahısını verməklə kifayətlənirik:  

 uydurma əqdlər;  



 yalan əqdlər; 

 qeyri-ciddi əqdlər;  



 psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqdlər;  

 on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdlər;  



 MM ilə və ya müqavilə ilə müəyyənləşdirilmiş məjburi formanı pozmaqla bağlanan əqdlər (forması qüsur-

lu olan əqdlər); 

 icazə alınması zəruri olan, lakin icazə alınmadan bağlanan əqdlər;  



 əqddən irəli gələn hüquqların dövlət qeydiyyatına alınması tələbinin pozulması ilə bağlanan əqdlər. 

Puç əqdləri mübahisə olunan əqdlərdən, ilk növbədə xarici əlamətə (göstəriciyə) görə fərqləndirmək lazım-

dır. Belə ki, MM-in konkret normalarında puç əqdin əhəmiyyətsiz olması barədə göstəriş olur (məsələn, uydur-

ma əqd əhəmiyyətsizdir; yalan əqd əhəmiyyətsizdir və s.). Bəzi

 

normalarda isə sadəjə olaraq göstərilir ki, əqd 



etibarsızdır. Məsələn, MM-in 344-cü maddəsinin 1-ci bəndinə görə, 14 yaşı tamam olmamış azyaşlının bağladı-

ğ

ı əqd etibarsızdır. Hər ehtimala qarşı konkret normada əgər «əqd barədə mübahisə edilmək» barədə göstəriş 



olmazsa, həmin əqd puç əqd sayılır. 

Puç əqdlərin etibarsızlığı zamanı təsdiqetmə müəyyən əhəmiyyətə malikdir. Təsdiqetmə hüquqi əhəmiyyətə 

malik olan aktdır. Əgər puç əqdi bağlamış şəxs onu inkar edirsə, bu hərəkət əqdin bağlanmaması kimi qiymət-

ləndirilir. Əksinə, həmin şəxs onu təsdiq edirsə, bu, o deməkdir ki, əqd yenidən bağlanmışdır (MM-in 351-ci 

maddəsinin 2-ci bəndi). 

Təsdiqləmə (təsdiqetmə) anlayışı bizim ölkə qanunvericiliyinə Almaniya Mülki Qanunnaməsindən keçmiş-

dir (§ 144). Təsdiqetmə elə bir bəyanatdır ki, bunun nəticəsində etibarsız əqd hüquqi qüvvəyə malik olur. Bu 

cür bəyanat bağlanmış əqdin bir hissəsi hesab olunmur. Buna görə də onun qanunun əqd üçün müəyyənləşdirdi-

yi formaya uyğun gəlməsi tələb olunmur. L.Ennekserus yazır ki, susmaq yolu ilə də təsdiqetmə mümkündür. 

Bəzi hallarda ikitərəfli puç əqdi bu əqdi bağlayan tərəfdən hər ikisi də təsdiqləyir. Bu cür təsdiqləmə tərəflər 




 

349


üçün hüquq və vəzifələr yaradır, hüquqi nəticə doğurur. Belə ki, əqd iştirakçıları əqdi icra edərək, onlara çatası 

hər şeyi bir-birinə verirlər (MM-in 351-ci maddəsinin 4-cü bəndi).  

Təsdiqetmə aktı bütün hallarda etibarlı olmur. Onun hüquqi əhəmiyyət kəsb etməsi üçün lazımdır ki, bağlan-

mış əqd əxlaq qayda və prinsiplərinə zidd olmasın, xələl gətirməsin, habelə üçüncü şəxslərin mənafelərini poz-

masın. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1078   1079   1080   1081   1082   1083   1084   1085   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin