2. Mübahisə edilən (nisbi etibarsız) əqdlər
24 iyun 2005-ci il tarixli qanunla MM-ə dəyişiklik və əlavələr edilməsinə kimi puç əqdlərdən fərqli olaraq,
mübahisə edilən əqdlər avtomatik olaraq etibarsız hesab edilmirdi. Bunun üçün lazım idi ki, məhkəmə müvafiq
qərar çıxarsın. Yalnız bu cür qərar əsasında mübahisə edilən əqd etibarsız hesab edilə bilərdi. Əgər bu əqdin eti-
barsız sayılması barədə müvafiq qərar yoxidisə, onda həmin əqdin etibarsızlığından söhbət gedə bilməzdi. De-
məli, mübahisə edilən əqdlər qanunda nəzərdə tutulan göstərişə görə yox, yalnız məhkəmə tərəfindən eti-
barsız sayılmasına görə etibarsız hesab edilirdi. Bu barədə müvafiq məhkəmə qərarı çıxarılana kimi heç kəs,
o cümlədən hər hansı dövlət orqanı və bu orqanların vəzifəli şəxsləri mübahisə edilən əqdi etibarsız elan edə
bilməzdilər. Əgər mübahisə edilən əqdin etibarsız sayılması barədə iddia məhkəməyə qanunda müəyyənləşdiri-
lən iddia müddəti ərzində verilməzdisə, həmin əqd etibarlı hesab edilirdi.
Mübahisə edilən əqdlər bağlandığı andan həqiqi və etibarlı əqdlər kimi hüquqi nəticə — tərəflər üçün hüquq
və vəzifələr yaradırdı. Məsələn, aldatma, zorakılıq, hədə təsiri altında və s. bağlanmış əqdlər hüquqi nəticələrə
səbəb olurdu. Amma bu nəticələr möhkəm və dayanıqlı xarakterə malik deyildi. Belə ki, həmin əqdlər müvafiq
şə
xslərin tələbi ilə məhkəmə tərəfindən etibarsız hesab edilə bilərdi. Bu halda əqdin doğurduğu hüquqi nəticə
də ləğv edilirdi. Çünki qanuna görə, mübahisə edilən əqd bağlandığı andan etibarsız sayılırdı (MM-in 337-
ci maddəsinin 2-ci bəndi). Bu isə o demək idi ki, mübahisə edilən əqdlərin etibarsız hesab edilməsi anı məh-
Dostları ilə paylaş: |