etibarsız hesab edilir; hətta bəzi mübahisə edilən əqdlər maraqlı şəxsin iddiası ilə məhkəmə tərəfindən etibar-
sız sayıla bilər (məsələn, MM-in 343-cü və 346-cı maddələrində nəzərdə tutulan hallarda). Belə hallarda iddia-
nın predmetini mübahisə edilən əqdin etibarsız sayılması barədə tələb təşkil edir. Qanun maraqlı şəxsin müba-
hisə edilən əqdin etibarsız hesab edilməsi barədə tələblə məhkəməyə müraciət etməsini qadağan etmir. Digər
tərəfdən iddia predmetini mübahisə edilən əqdlərin etibarsızlığının qanunda nəzərdə tutulan
nəticəsinin tətbiqi
haqqında tələb təşkil edir.
Yeri gəlmişkən qeyd edək ki, puç əqdlərin etibarsız hesab edilməsi barədə də məhkəməyə iddia verilə
bilər. Bunu qanun qadağan etmir. Belə halda iddianın predmeti rolunda puç əqdlərin etibarsız hesab edilməsi
barədə tələb çıxış edir. Bu cür iddia o halda verilir ki, əqdin puç əqd olmasını açıq-aşkar müəyyən etmək müm-
kün olmur. Məsələn, yalan əqd puç əqdin bir növüdür. Bu əqd başqa əqdi pərdələmək üçün bağlanılır. Lakin
həmin əqdin yalan xarakterə malik olmasını sübuta yetirmək son dərəcə çətin, qəliz və müşkül işdir. Məsələn,
vəzifəli şəxs rüşvət almaqla əldə etdiyi pul hesabına qiyməti əlli min dollara olan bağ evi (villa) alır və alqı-sat-
qı müqaviləsini bağışlama müqaviləsi (yalan əqd) kimi rəsmiləşdirir. Bu cür hallarda puç əqdlər yalnız məhkə-
mə qaydasında etibarsız hesab edilə bilər.
Mübahisə edilən əqdlərin dairəsi qanunla müəyyənləşdirilir. Bəzən qanunun maddəsində müvafiq əqdin puç
ə
qdə və ya mübahisə edilən əqdə aid edilməsi barədə göstəriş ifadə olunmur, yalnız həmin əqdin etibarsızlığın-
dan danışılır. Bu halda əqdin mübahisə edilməsi və ya məhkəmə tərəfindən etibarsız sayılması barədə qa-
Dostları ilə paylaş: |