rtləndirir: ümumi hissədən; xüsusi hissədən. Yeri gəlmişkən, qeyd edək ki, öhdəlik hüququnun bu cür
struktura malik olmasını bəzi xarici ölkələrin, məsələn, Almaniyanın və Yaponiyanın qanunvericiliyi də nəzər-
də tutur. Almaniya MQ-nin 241-432-ji paraqraflarında ifadə olunan normalar öhdəlik hüququnun ümumi hissə-
sini, 433-853-cü paraqraflarında ifadə edilən normalar isə xüsusi hissəni təşkil edir. Yaponiya MM-in 399-520-
ji maddələrində ifadə olunan normalar öhdəlik hüququnun ümumi hissəsinə, 521-724-cü maddələrində ifadə
edilən normalar isə xüsusi hissəsinə daxildir.
Ümumi hissə dedikdə, ümumi əlamət və xüsusiyyətlərə malik olan öhdəlik münasibətlərini tənzimləyən hü-
quq normalarının sistemi və birləşməsi başa düşülür. Ümumi hissəyə daxil olan normalar MM-in altıncı bölmə-
sinin 19-27-ji fəsillərində (385-559-cu maddələrdə) yerləşmişdir.
Xüsusi hissə odur ki, o özündə xüsusi xarakterli konkret növ öhdəlik münasibətlərini rəsmiləşdirən hüquq
normalarını birləşdirir. Xüsusi hissə normaları MM-in yeddinci bölməsinə daxil olan 29-61-ji fəsillərdə (567-
1132-ji maddələrdə) yerləşdirilmişdir. Xüsusi hissədə öhdəlik hüquq münasibətlərinin ayrı-ayrı növlərinə aid
(məsələn, alqı-satqı, icarə və s.) olan xüsusi göstərişlər ifadə olunmuşdur.
Ümumi hissədə elə normalar birləşdirilmişdir ki, bu normalar öhdəlik hüquq münasibətlərinin hamısına tət-
biq edilə bilmək xüsusiyyətinə malikdir. Burada ümumi müddəalar formulə edilir. Ümumi hissəyə daxildir: öh-
dəlik haqqında ümumi müddəalar; müqavilə hüququ; öhdəliklərin icrasına aid normalar; öhdəliklərin icrasının
təmin edilməsi haqqında normalar; öhdəlikdə şəxslərin dəyişməsi haqqında normalar; öhdəliklərə xitam veril-
məsi barədə normalar.
Öhdəlik hüququnun xüsusi hissəsinin özü iki instituta ayrılır: müqavilə institutuna; müqavilədənkənar
instituta. Bu cür bölgü Roma hüququ və pandekt sisteminə malik olan ölkələrin mülki hüquq ənənələrinə uy-
ğ
undur. Hollandiya MM-inin altıncı kitabı öhdəlik hüququnun ümumi hissəsinə, yeddinci kitabı isə öhdəlik hü-
ququnun xüsusi hissəsinə həsr edilmişdir. Almaniya Mülki Qanunnaməsinin «Öhdəlik hüququ» adlı ikinci kita-
bı (§241-853) yeddi bölmədən ibarətdir. 1-6-jı bölmələr öhdəlik hüququnun ümumi hissəsini, «Öhdəliklərin ay-
rı-ayrı növləri» adlı yeddinci bölmə isə öhdəlik hüququnun xüsusi hissəsini əhatə edir. Xüsusi hissədə alqı-sat-
qı, dəyişmə, kirayə, icarə, ssuda, borc, podrat, tapşırıq, saxlanc, əsassız varlanma, deliktlər və s. normalar yerlə-
ş
ir. E. ə. II əsrdə Roma hüquqşünası Qay öz institusiyalarında öhdəlikləri müqavilədən yaranan və hüquq po-
zuntularından əmələ gələn (yəni müqavilədənkənar) öhdəliklərə bölürdü.
Dostları ilə paylaş: |