Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1188/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1184   1185   1186   1187   1188   1189   1190   1191   ...   1820
Müqavilə institutu özündə müqavilədən əmələ gələn öhdəliklərin ayrı-ayrı konkret növlərini tənzimləyən 

normaları birləşdirir: alqı-satqı (onun pərakəndə alqı-satqı, mal göndərmə, faktorinq və s. yarımnövləri) haqqın-

da normalar; dəyişmə haqqında normalar; renta haqqında normalar və s. (bu normalar birləşərək, əmlakın mül-

kiyyətə və digəəşya hüququna verilməsi üzrə öhdəlik qrupunu yaradır); əmlak kirayəsi haqqında norma-

lar; icarə haqqında normalar; lizinq haqqında normalar (bu normalar birləşərək, əmlakın istifadəyə verilməsi 



üzrə öhdəlik qrupunu əmələ gətirir); podrat haqqında normalar (bu normalar iş görülməsi üzrə öhdəlik qru-

punu  yaradır);  tapşırıq  haqqında  normalar;  komissiya  haqqında  normalar;  ticarət  agenti  haqqında  normalar; 

kommersiya  konsessiyası  haqqında  normalar;  kredit  haqqında  normalar;  sığorta  haqqında  normalar;  daşıma 

haqqında normalar (bu normalar xidmət göstərilməsi üzrə öhdəlik qrupunu əmələ gətirir); françayzinq, pa-

tent-lisenziya, lisenziya və müəlliflik müqavilələri haqqında normalar (bu normalar əqli mülkiyyət obyektlə-



rindən istifadə üzrə öhdəlik qrupunu yaradır) və s. 

Müqavilədənkənar instituta müqavilə olmadan yaranan öhdəlikləri tənzimləyən normalar daxildir: xüsusi 

mükafatlandırmanın açıq elan edilməsi barədə normalar; müsabiqə barədə normalar; oyunların və mərclərin ke-

çirilməsi barədə normalar; özgə işlərini tapşırıqsız aparma barədə normalar (bu normalar birləşərək, birtərəfli 

hərəkətlərdən (əqdlərdən) əmələ gələn öhdəlik qrupunu əmələ gətirir); əsassız varlanma barədə normalar; 

mülki hüquq pozuntularından (deliktlərdən), yəni zərər vurmaqdan əmələ gələn öhdəlikləri tənzimləyən norma-

lar (bu normalar birləşərək, hüquqqoruyucu öhdəlik qrupunu əmələ gətirir). 

Beləliklə, öhdəlik hüququnun xüsusi hissəsinə daxildir: əşyanın mülkiyyətə və digər əşya hüququna verilmə-

si üzrə öhdəlik qrupu; əmlakın istifadəyə verilməsi üzrə öhdəlik qrupu; iş görülməsi üzrə öhdəlik qrupu; xidmət 

göstərilməsi üzrə öhdəlik qrupu; əqli mülkiyyət obyektlərindən istifadə üzrə öhdəlik qrupu birtərəfli hərəkətlər-




 

383


dən (əqdlərdən) əmələ gələn öhdəlik qrupu; hüquqqoruyucu öhdəlik qrupu. 

Bunlardan başqa, çoxtərəfli əqdlərdən əmələ gələn öhdəlik qrupunu da ayırmaq olar. Bu öhdəlik qrupuna hü-

quqi  şəxslərin  yaradılması  zamanı  təsisçilərin  öz  aralarında  bağladıqları  birgə  fəaliyyət  haqqında  müqavilə 

(ona şərti olaraq təsis müqaviləsi deyilir) barədə normaları daxil etmək olar. 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1184   1185   1186   1187   1188   1189   1190   1191   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin