Müqavilə institutu özündə müqavilədən əmələ gələn öhdəliklərin ayrı-ayrı konkret növlərini tənzimləyən
normaları birləşdirir: alqı-satqı (onun pərakəndə alqı-satqı, mal göndərmə, faktorinq və s. yarımnövləri) haqqın-
da normalar; dəyişmə haqqında normalar; renta haqqında normalar və s. (bu normalar birləşərək, əmlakın mül-
kiyyətə və digər əşya hüququna verilməsi üzrə öhdəlik qrupunu yaradır); əmlak kirayəsi haqqında norma-
lar; icarə haqqında normalar; lizinq haqqında normalar (bu normalar birləşərək, əmlakın istifadəyə verilməsi
üzrə öhdəlik qrupunu əmələ gətirir); podrat haqqında normalar (bu normalar iş görülməsi üzrə öhdəlik qru-
punu yaradır); tapşırıq haqqında normalar; komissiya haqqında normalar; ticarət agenti haqqında normalar;
kommersiya konsessiyası haqqında normalar; kredit haqqında normalar; sığorta haqqında normalar; daşıma
haqqında normalar (bu normalar xidmət göstərilməsi üzrə öhdəlik qrupunu əmələ gətirir); françayzinq, pa-
tent-lisenziya, lisenziya və müəlliflik müqavilələri haqqında normalar (bu normalar əqli mülkiyyət obyektlə-
rindən istifadə üzrə öhdəlik qrupunu yaradır) və s.
Müqavilədənkənar instituta müqavilə olmadan yaranan öhdəlikləri tənzimləyən normalar daxildir: xüsusi
mükafatlandırmanın açıq elan edilməsi barədə normalar; müsabiqə barədə normalar; oyunların və mərclərin ke-
çirilməsi barədə normalar; özgə işlərini tapşırıqsız aparma barədə normalar (bu normalar birləşərək, birtərəfli
hərəkətlərdən (əqdlərdən) əmələ gələn öhdəlik qrupunu əmələ gətirir); əsassız varlanma barədə normalar;
mülki hüquq pozuntularından (deliktlərdən), yəni zərər vurmaqdan əmələ gələn öhdəlikləri tənzimləyən norma-
lar (bu normalar birləşərək, hüquqqoruyucu öhdəlik qrupunu əmələ gətirir).
Beləliklə, öhdəlik hüququnun xüsusi hissəsinə daxildir: əşyanın mülkiyyətə və digər əşya hüququna verilmə-
si üzrə öhdəlik qrupu; əmlakın istifadəyə verilməsi üzrə öhdəlik qrupu; iş görülməsi üzrə öhdəlik qrupu; xidmət
göstərilməsi üzrə öhdəlik qrupu; əqli mülkiyyət obyektlərindən istifadə üzrə öhdəlik qrupu birtərəfli hərəkətlər-
383
dən (əqdlərdən) əmələ gələn öhdəlik qrupu; hüquqqoruyucu öhdəlik qrupu.
Bunlardan başqa, çoxtərəfli əqdlərdən əmələ gələn öhdəlik qrupunu da ayırmaq olar. Bu öhdəlik qrupuna hü-
quqi şəxslərin yaradılması zamanı təsisçilərin öz aralarında bağladıqları birgə fəaliyyət haqqında müqavilə
(ona şərti olaraq təsis müqaviləsi deyilir) barədə normaları daxil etmək olar.
Dostları ilə paylaş: |