Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1186/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1182   1183   1184   1185   1186   1187   1188   1189   ...   1820
özündə iqtisadi dövriyyə (əmtəə-mal mübadiləsi) münasibətlərini tənzimləyən hüquq normalarını birləş-

dirir. O, iqtisadi dövriyyə münasibətlərinin hüquqi forması kimi çıxış edir. Öhdəlik hüququ elə bir hüquqi alət-

dir ki, onun vasitəsilə bazar iqtisadi münasibətləri idarə və təşkil olunur. Onun əsas vəzifəsi mülki (iqtisadi) 



dövriyyəni tənzim etməkdən ibarətdir

2. Öhdəlik hüququnun sistemi 

Öhdəlik hüququnun sistemi dedikdə, həmin yarımsahəni təşkil edən hüquq normalarının daxilən vahid ha-

lında  birləşməsi  və  bu  normaların  ayrı-ayrı  institutlar  üzrə  qruplara  bölünməsi,  təsnif  edilməsi  başa  düşülür. 

Göstərilən normalar xaotik halda yox, müəyyən bir sistem əsasında yerləşir. 

Öhdəlik hüququnun sistemi bu hüququn predmetinə daxil olan əmlak münasibətlərinin spesifik xüsusiyyətlə-

rinə əsaslanır. Elə münasibətlər vardır ki, onlar ümumi xüsusiyyətlərə və əlamətlərə malikdir. Bu xüsusiyyət və 

ə

lamətlər öhdəlik hüququnun predmetinə daxil olan həmin münasibətlərin vahid və ümumi qaydada tənzimlən-



məsini tələb edir. Bu isə ümumi xarakterli öhdəlik hüquq normalarının müəyyən edilməsini şərtləndirir. Ümumi 

təbiətə malik olan həmin normalar öhdəlik hüququnun ümumi hissəsində yerləşir

Bununla belə, elə öhdəlik hüquq münasibətləri (məsələn, alqı-satqı, icarə, dəyişmə, sığorta və s. münasibət-



 

382


lər) vardır ki, onlar öhdəlik hüquq münasibətlərinin konkret növü kimi çıxış edir, habelə spesifik əlamətləri ilə 

fərqlənir. Bu spesifik xüsusiyyət və əlamətlər həmin münasibətlərin tənzimlənməsinin differensiasiyasını, yəni 

xüsusi xarakterli ayrı-ayrı növ konkret normalarla qaydaya salınmasını şərtləndirir. Bu normalar yalnız həmin 

münasibətlərin nizama salınmasında istifadə oluna bilər. Onların ayrı-ayrı konkret növ öhdəlik münasibətlərinin 

tənzimlənməsində tətbiq edilməsi, bəzi istisnalarla, demək olar ki, mümkün deyil. Göstərilən həmin normalar 

xüsusi xarakterə və təbiətə malik olduqları üçün öhdəlik hüququnun xüsusi hissəsinə daxil edilir

Söylədiklərimizdən belə qənaətə və nəticəyə gələ bilərik ki, öhdəlik hüququ ilə tənzimlənən əmlak münasi-

bətlərinin ümumi və xüsusi (konkret) xarakterə malik olmaları bu yarımsahənin iki hissədən ibarət olmasını 

şə


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1182   1183   1184   1185   1186   1187   1188   1189   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin