Microsoft Word mulki huquq doc


publikasının mülki hüququ öhd



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1182/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1178   1179   1180   1181   1182   1183   1184   1185   ...   1820
publikasının mülki hüququ öhdəlik hüququnu özünün tərkib hissəsi — yarımsahəsi kimi nəzərdə tutur

Öhdəlik hüququ müxtəlif ictimai münasibətləri tənzimləyir.  Bu münasibətlərin dairəsi kifayət qədər  genişdir. 

Öhdəlik hüquq normaları ilə tənzimlənən həmin münasibətlər öhdəlik hüququnun nizamasalma predmetini təş-

kil edir. 

Öhdəlik hüququn predmetini təşkil edən ictimai münasibətlərə çoxlu misal çəkmək olar. Daşıma müqaviləsi 

bağlamaqla hər gün işə gəlirik (belə halda şifahi formalı müqavilə bağlanır). Alqı-satqı müqaviləsi münasibətlə-

rinə  girməklə  biz  bazardan  və  dükandan  şəxsi  ehtiyacımızı  ödəmək  üçün  müxtəlif  ərzaq  məhsullarını  alırıq. 

Podrat hüquq münasibətləri əsasında biz özümüzə yaraşıqlı bağ evi tikdiririk (belə halda podrat müqaviləsi bağ-

layırıq).  Kommersiya  fəaliyyətini  güjləndirmək  üçün  sahibkar  kredit  müqaviləsi  bağlamaqla  bankdan  kredit 

alır. Yaşadığımız evi yanğından qorumaq üçün sığorta təşkilatı ilə sığorta müqaviləsi bağlayırıq. Kənd sakini 

torpaq sahəsini icarəyə  verir. Yaşayış evinin mülkiyyətçisi mənzillərdən birini tələbəyə kirayəyə  verir. Firma 

bankda hesablaşma hesabı açır və bank hesabı müqaviləsi bağlayır. Vətəndaş sərbəst pul vəsaitini banka əma-

nətə qoyur və bankla depozit (bank əmanəti) müqaviləsi bağlayır. Əqli mülkiyyət obyektlərindən (əsərlərdən, 

ixtiralardan və s.) istifadəyə müstəsna hüquqlar istifadəçilərə verilir və bu məqsədlə müəllif və ya patent-lisen-

ziya  kimi  müqavilələr  hüquqi  rəsmiləşdirmə  vasitəsi  kimi  çıxış  edir.  Öhdəlik  hüququnun  hüquqi  tənzimləmə 

predmetinə həyatın və sağlamlığın qorunması, şəxslərin malik olduqları əmlakın mühafizə edilməsi ilə bağlı ya-

ranan münasibətlər də daxildir. Məsələn, hər hansı vətəndaşın sağlamlığına və  ya onun əmlakına zərər vuran 

şə

xsin həmin zərərin əvəzinin ödənilməsi ilə bağlı olan münasibətlər. 



Ümumiyyətlə, öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai (əmlak) münasibətlər 

ə


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1178   1179   1180   1181   1182   1183   1184   1185   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin