qtisadi dövriyyə (iqtisadi dövriyyə münasibətləri) dedikdə, iqtisadi sistemin subyektləri arasında mal və
xidmətlərin fasiləsiz olaraq mübadilə edilməsi prosesi başa düşülür. qtisadiyyatda bütün resursların son isteh-
lakçıya çatdırılması iqtisadi dövriyyə ilə həyata keçirilir. qtisadi dövriyyə əmtəə-mal mübadiləsi deməkdir.
Ə
mtəə-mal mübadiləsi elə bir münasibətdir ki, bu münasibətə görə, maddi nemətlər və iqtisadi əmtəə formalı
digər nemətlər bir şəxsdən digərinə keçir. Barəsində danışdığımız, öhdəlik hüququ məhz maddi nemətlərin
mübadilə və yerdəyişmə prosesini qaydaya salır. Bu, onu göstərir ki, öhdəlik hüququ ilə statik münasibətlər
yox (bu, mülkiyyət hüququ ilə tənzimlənir), dinamik xarakterli münasibətlər rəsmiləşdirilir. Mülki münasi-
bətlərin statikası əşya hüququnun, müstəsna (əqli mülkiyyət obyektlərinə olan) hüququn və şəxsi qeyri-maddi
nemətlərə olan hüququn müəyyən bir şəxsə məxsus olması ilə bağlıdır. Mülki münasibətlərin dinamikası isə
maddi (əmlak) nemətlərin bir şəxsdən digərinə keçməsi, əmtəə-mal mübadiləsi ilə əlaqədardır. Əgər mülki mü-
nasibətlərin statikası mülki hüququn əşya hüququ, əqli mülkiyyət hüququ (ona müstəsna hüquq da deyilir) və
şə
xsi qeyri-maddi nemətlərin qorunması hüququ (ona şəxsi qeyri-əmlak hüququ da deyilir) kimi yarımsahələri-
nin hüquqi nizamasalma predmetinə daxildirsə, mülki münasibətlərin dinamikası öhdəlik hüququ adlı yarımsa-
hənin hüquqi tənzimetmə sferasına aiddir. Bu münasibətlərin dinamikliyi öhdəlik hüququ ilə rəsmiləşdirilən
çoxsaylı iqtisadi dövriyyə münasibətlərinin hamısı üçün ümumi əlamətdir. Belə ki, həmin münasibətlərin hamı-
sı əşya, pul, göstərilən xidmət, görülən iş və s. kimi maddi nemətlərin yerdəyişməsi və mübadilə edilməsi ilə
bağlıdır. Məsələn, alqı-satqı müqaviləsi bağlandıqda, mal (əşya) satıcıdan alıcının mülkiyyətinə keçir. Yaşayış
evinin kirayə müqaviləsi bağlanan halda mülkiyyətçi evi kirayəyə verir. Vətəndaş borc müqaviləsi əsasında öz
dostuna borc pul verir və pul onun mülkiyyətinə keçir. Bankla depozit (bank əmanəti) müqaviləsi bağlamaqla
vətəndaş öz pul vəsaitini əmanətə qoyur. Podrat müqaviləsi əsasında tikinti təşkilatı (podratçı) görülən işin
nəticəsini, yəni tikilini (məsələn, qaracı) sifarişçiyə (vətəndaşa) verir.
Bununla bərabər, maddi nemətlərin bir şəxsdən digərinə keçməsi və mübadilə edilməsi ilə bağlı yaranan bü-
tün münasibətlərin hamısını, istisnasız olaraq, öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil etmək
olmaz. Məsələ burasındadır ki, öhdəlik hüququ real həyatdakı bu cür münasibətlərin hamısını bütövlükdə qay-
daya salmaq funksiyasını yerinə yetirmir. Məsələn, müəssisənin işçisi buraxılan məhsulu bir sexdən müəssisə-
nin digər sexinə aparır. Başqa bir misalda ata oğluna minik avtomobili verir və s. Belə təsəvvür yaranır ki, mad-
381
di nemətlərin bir şəxsdən digərinə keçməsi üzrə münasibətlərin hamısı, iqtisadi dövriyyə münasibətləri kimi çı-
xış edə bilmir. Maddi nemətlərin bir şəxsdən digərinə keçməsi ilə bağlı yaranan münasibətlərin iqtisadi dövriy-
yə münasibəti hesab edilməsi və bununla da öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olması
üçün zəruridir ki, bu nemətlər əmtəə formasında olsun. Əmtəə dedikdə, insanın bu və ya digər tələbatını ödə-
mək xassəsinə, yəni istehlak dəyərinə malik olan, mübadilə üçün istehsal olunan spesifik iqtisadi nemət başa
düşülür. Maddi nemət ilə əmtəə kateqoriyasını eyniləşdirmək olmaz. Maddi nemətin mübadilə üçün, satılmaq
üçün istehsal olunması həmin neməti əmtəəyə çevirir. Bütün əmtəələr maddi nemətdir; bütün maddi nemətlər
isə əmtəə deyildir. Xidmət də (məsələn, daşıma müqaviləsi üzrə dpşıyıcının göstərdiyi xidmət, bank hesabı mü-
qaviləsi üzrə bankın göstərdiyi xidmət və s.) əmtəə kimi çıxış edir. Lakin xidmətin əşyalaşmış (maddiləşmiş)
forması yoxdur. Xidmətin də istehlak dəyəri vardır; xidmət göstərilən anda o istehlak olunur. Məsələn, dpşıyıcı
(nəqliyyat təşkilatı) sərnişini daşımaqla ona xidmət göstərir və bu zaman həmin xidmətin istehlak dəyəri isteh-
lak olunur.
Söylədiklərimizdən belə nəticəyə gələ bilərik ki, yalnız əmtəə formalı maddi nemətlərin mübadiləsi və
Dostları ilə paylaş: |