Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1185/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1181   1182   1183   1184   1185   1186   1187   1188   ...   1820
bir şəxsdən digərinə keçməsi iqtisadi dövriyyə münasibətlərini əmələ gətirir və bu münasibətlər də öhdəlik 

hüququ ilə tənzimlənir. Qeyri-əmtəə formalı maddi nemətlərin yerdəyişməsi və mübadilə edilməsi iqtisadi döv-

riyyə münasibətləri yaratmır. Buna görə də həmin münasibətlər öhdəlik hüququ ilə tənzimlənmir və rəsmiləşdi-

rilmir.  Deməli,  əmtəə  formalı  maddi  nemətlərin  və  digər  nemətlərin  mübadiləsinə  əsaslanan  iqtisadi  (əmlak) 

dövriyyə münasibətləri öhdəlik hüququnun nizamasalma predmetini təşkil edir. Başqa sözlə desək, əmtəə-

mal mübadiləsi öhdəlik hüququnun tənzimetmə predmeti kimi çıxış edir. 

Qeyd etdik ki, öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan əmlak münasibətlərinin dairə-

si kifayət qədər geniş və müxtəlifdir. Bu münasibətlərin özlərinin predmetinə daxildir: 

 əşyalar; 



 işin nəticəsi (həm maddi, həm də qeyri-maddi xarakterli); 

 xidmətlər (həm maddi, həm də qeyri-maddi xarakterli); 



 əmlak hüquqları; 

 əmlak xarakterli qeyri-maddi nemətlər (əqli mülkiyyət obyektləri, qorunma qabiliyyətli informasiya və s.); 



 şəxsi qeyri-maddi nemətlər (fiziki şəxsin sağlamlığı, həyat və s.). 

Mülki hüququn öhdəlik hüququ adlı yarımsahəsi iqtisadi dövriyyə münasibətlərinin ən vacib və zəruri sahə-

sini tənzimləyir. Almaniya professoru H.Haynriks yazır ki, həmin münasibətlər müxtəlif növ həyati hallardan 

ibarətdir. Bu yarımsahəyə daxil olan normalar praktiki olaraq, ölkənin bütün ictimai-iqtisadi və sosial həyatına 

toxunur və onu əhatə edir. Bunun üçün mülki-hüquqi müqavilələrin siyahısını nəzərdən keçirmək lazımdır. Bu 

müqavilələrin (alqı-satqı, faktorinq, sığorta, kredit, borc, icarə, kirayə, lizinq, daşıma, bank hesabı və s. müqavi-

lələrin) hüquqi parametrləri MM-də göstərilmişdir.  

Öhdəlik hüququ ilə həm də fiziki şəxsin sağlamlığına və həyatına, onun əmlakına vurulan zərərin ödənilməsi 

ilə bağlı yaranan münasibətlər, əsassız varlanmadan əmələ gələn münasibətlər və s. nizama salınır. Onun bu cür 

münasibətlərə toxunan normaları həmin yarımsahənin xüsusi hissəsini təşkil edir.  

Öhdəlik hüququnun əhəmiyyəti olduqca böyükdür. Bu hüququn normaları olmasaydı, biz yaşamaq üçün la-

zım olan ərzaq məhsulları, geyim şeyləri və digər zəruri predmetlər ala bilməzdik, nəqliyyat vasitəsilə iş yerinə 

gələ, əşyanı icarəyə (və ya kirayəyə) götürə bilməzdik və s. Obrazlı desək, öhdəlik hüququ mülki hüquq adlı or-

qanizmin qan damarlarıdır ki, bunun nəticəsində həmin orqanizmdə maddələr mübadiləsi həyata keçirilir. 

Beləliklə, öhdəlik hüququ dedikdə, mülki hüququn elə bir yarımsahəsi başa düşülür ki, bu yarımsahə 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1181   1182   1183   1184   1185   1186   1187   1188   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin