(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak ver-
məli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borc-
ludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. RF MM-in 307-ji maddəsi öhdəliyə analoci qaydada
leqal anlayış verir. Köhnə qanunvericilik də öhdəliyə bu cür tərif verirdi. Almaniya Mülki Qanunnaməsinin
241-ji paraqrafında öhdəliyə belə anlayış verilir: öhdəlik münasibətinə görə, kreditor borcludan vəzifənin həya-
ta keçirilməsinə yönələn hərəkəti tələb etmək hüququna malikdir (Leistung).
Hüquq ədəbiyyatında öhdəliyə verilən leqal anlayışın qüsurlu olması barədə fikir irəli sürülür. Bu anlayışın
qüsurlu olması onunla izah edilir ki, həmin anlayış praktiki olaraq hər bir nisbi hüquq münasibətini «öhdəlik»
kateqoriyası ilə əhatə etmək imkanı verir. Anlayışa görə, belə nəticəyə gəlmək mümkün olur ki, hər hansı bir
nisbi hüquq münasibəti «öhdəlik» kateqoriyasına daxildir. Məsələn, vergi vermək üzrə münasibətlər əmlak xa-
rakterli olub, nisbi hüquq münasibəti hesab olunur. Lakin bu cür münasibət mülki hüquqla yox, hüququn başqa
sahəsi olan maliyyə hüququ ilə tənzimlənir. Öhdəliyə verilən leqal anlayışdan belə məlum olur ki, «vergi öhdə-
liyi» adlı həmin münasibət mülki hüquqla tənzimlənən öhdəliyə aiddir.
Göstərilən xüsusiyyət bəzi müəlliflərə belə bir fikir söyləməyə əsas vermişdir ki, guya öhdəlik mülki-hüquqi
anlayış yox, hüququn müxtəlif sahələrində istifadə olunan sahələrarası anlayışdır. Həmin müəlliflər belə bir nəticə
çıxarırlar ki, əmək, maliyyə, idarəçilik, təsərrüfat və başqa öhdəliklər də mövcuddur. Beləliklə, öhdəliyə verilən
leqal anlayışdan belə qənaətə gəlirik ki, öhdəlik «nisbi hüquq münasibəti» olub, müxtəlif hüquq sahələrində istifa-
də olunan sahələrarası anlayış kimi çıxış edir. Lakin öhdəlik əmtəə-pul münasibətlərini rəsmiləşdirən spesifik hü-
quqi formadır. Öhdəliyin bu xüsusiyyəti və əlaməti ona verilən leqal anlayışda əks olunmur. «Maliyyə öhdəliyi»,
«əmək öhdəliyi» və digər öhdəliklər əmtəə-pul münasibətlərini, əmtəə-mal əlaqələrini qaydaya salmır.
Öhdəliyə verilən leqal anlayışın ikinci qüsurlu cəhəti ondan ibarətdir ki, «borclunun müəyyən hərəkətdən çə-
kinmək» kimi passiv davranışı öhdəliyin mühüm əlamətinə uyğun gəlmir. Öhdəliyin mühüm əlaməti isə onun
Dostları ilə paylaş: |