dinamikliyindədir. Dinamiklik isə maddi nemətlərin bir şəxsdən digərinə keçməsindən, mübadilə və dəyişmə
prosesindən ibarətdir. Ona görə də maddi nemətlərin mübadiləsi üçün borclu müəyyən hərəkətdən çəkinmək
yox, hər hansı bir fəal hərəkət etməlidir. Buna uyğun olaraq, «borclu müəyyən hərəkətdən çəkinməlidir» kimi
göstərişin öhdəliyin leqal anlayışını nəzərdə tutan normadan çıxarılmasını məqsədəmüvafiq hesab edirik. Yapo-
niya mülki hüquq elmində öhdəliyə anlayış verilərkən bu cəhət nəzərə alınır: öhdəlik müəyyən şəxsdən müəy-
yən hərəkətin edilməsini tələb etmək hüququdur.
Öhdəliyin mahiyyəti və mənası ona verilən doktrinal anlayışda təzahür edir. Bu anlayış öhdəliyin əsas xarak-
terik xüsusiyyət və əlamətlərini müəyyən etməyə imkan verir. Öhdəliyin doktrinal anlayışı öhdəliyin əmtəə-pul
münasibətlərini ifadə edən hüquqi forma olmasını əks etdirir.
Beləliklə, öhdəlik dedikdə, iqtisadi dövriyyə (əmtəə mübadiləsi) iştirakçıları arasında əmələ gələn elə
Dostları ilə paylaş: |