Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1195/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1191   1192   1193   1194   1195   1196   1197   1198   ...   1820
xs borclu şəxsdən onun xeyrinə müəyyən hərəkətlər etməyi tələb etmək ixtiyarına malikdir. Borclu şəx-

sin müəyyən hərəkətlər etməsi dedikdə, səlahiyyətli şəxsə əmlak verməsi, iş görməsi, xidmət göstərməsi, pul 

verməsi və s. başa düşülür. Məsələn, alqı-satqı müqaviləsi üzrə satıcıya (səlahiyyətli şəxsə) alıcı (borclu şəxs) 

əş

yaya görə pul verir və yaxud alıcıya (səlahiyyətli şəxsə) satıcı (borclu şəxs) pulun əvəzində əşya (mal) verir. 



Bununla səlahiyyətli şəxsin mənafeyi borclu şəxsin müəyyən hərəkətlər etməsilə təmin olunur. Bu xüsusiyyəti 

ilə öhdəlik, əşya hüquq münasibətindən (məsələn, mülkiyyət hüquq münasibətindən) fərqlənir. Belə ki, əşya hü-

quq münasibətlərində səlahiyyətli şəxsin mənafeyi əşyaya bilavasitə təsir göstərməklə, onun fayda vermək xü-

susiyyəti hesabına təmin edilir. Öhdəlik hüquq münasibətləri borclu şəxsin hərəkəti ilə, əşya hüquq münasibət-

ləri isə səlahiyyətli şəxsin hərəkəti ilə həyata keçirilir və realizə edilir, yəni borclu şəxsin vasitəsi və köməyi ol-

madan yerinə yetirilir. Məsələn, mülkiyyət hüquq münasibətlərində iştirak edən mülkiyyətçi ona məxsus olan 

yaşayış evindən öz şəxsi ehtiyacları üçün sərbəst surətdə istifadə edir, bununla mülkiyyət hüququnu həyata ke-

çirir, tələbatını ödəyir. 

Bununla  belə,  öhdəlik  əşya  hüquq  münasibəti  ilə,  xüsusən  də  mülkiyyət  hüquq  münasibəti  ilə  sıx  surətdə 

bağlıdır.  Onların  arasındakı  əlaqə  qarşılıqlı  xarakterə  malikdir.  Əşya  üzərində  sərənjam  vermək  səlahiyyətini 

həyata keçirərək, mülkiyyətçi (mülkiyyət hüquq münasibətinin subyekti) onu icarəyə və kirayəyə vermək, də-

yişdirmək, borc vermək, satmaq və s. kimi hüquqlara malikdir. Belə hallarda mülkiyyətçi müqavilələr bağlayır 

və həmin müqavilələrdən əmələ gələn öhdəliyin subyekti (iştirakçısı, tərəfi) kimi çıxış edir. Belə təsəvvür yara-



 

385


nır ki, mülkiyyət hüquq münasibətləri iqtisadi dövriyyə münasibətləri olan öhdəliyin yaranması üçün il-


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1191   1192   1193   1194   1195   1196   1197   1198   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin