mlak hüquq münasibəti olması fikrini dəstəkləyirlər. Qeyri-əmlak öhdəlikləri ola bilməz. Biz də bu fikrə
qoşuluruq. Ona görə ki, əvəzsiz müqavilələr əsasında yaranan öhdəliklər və ya borclu şəxsin hərəkətinin qeyri-
ə
mlak xarakterli olmasını nəzərdə tutan öhdəliklər bütövlükdə öz əmlak xarakterini itirmir, bu və ya digər dərə-
jədə həmişə maddi nemətlərin müxtəlif formalarda bir şəxsdən digərinə keçməsi ilə bağlı olur.
Öhdəliyin ikinci xarakterik xüsusiyyəti ondan ibarətdir ki, o, nisbi mülki hüquq münasibətidir. Belə ki,
bu cür hüquq münasibətində səlahiyyətli şəxsə qarşı konkret borclu şəxs durur. Həmin münasibətlərdə öhdəli-
yin subyekt tərkibi (tərəfləri) konkret və dəqiq olaraq müəyyən edilir. Özü də həm səlahiyyətli şəxs rolunda,
həm də borclu şəxs qismində bir yox, hətta bir neçə şəxs çıxış edə bilər. Məsələn, alqı-satqı müqaviləsindən
ə
mələ gələn öhdəliklərdə tərəf rolunda konkret satıcı və konkret alıcı çıxış edirlər. Bu xüsusiyyəti ilə öhdəlik
mütləq hüquq münasibətlərindən (məsələn, mülkiyyət hüquq münasibətlərindən, əqli mülkiyyət obyektlərinin
istifadəsi və qorunması ilə bağlı yaranan hüquq münasibətlərindən, yəni müstəsna hüquq münasibətlərindən)
fərqlənir. Nisbi hüquq münasibəti olan öhdəliklərdən fərqli olaraq, mütləq hüquq münasibətlərində səlahiyyətli
şə
xsə qarşı qeyri-müəyyən dairə, yəni sayı məlum olmayan borclu şəxslər durur. Deməli, nisbi hüquq münasi-
bəti kimi öhdəlik iqtisadi mübadilənin konkret aktını rəsmiləşdirir ki, bu, konkret olaraq müəyyən olunan mü-
badilə iştirakçıları arasında əmələ gəlir.
Öhdəliyin üçüncü xarakterik xüsusiyyəti ondan ibarətdir ki, öhdəlikdə tərəf kimi çıxış edən səlahiyyətli
şə
Dostları ilə paylaş: |