dəlikləri də deyilir.
Natural öhdəlik də öhdəliyin bir növü sayılır. cra edilməsi məcburi surətdə iddia (məhkəmə) qaydasında
mümkün olmayan öhdəliyə natural öhdəlik deyilir. Bu öhdəlik növünün əsasını Qədim Roma xüsusi hüququna
məlum olan «çılpaq hüquq» (nudum cus) təşkil edir. Məhkəmə müdafiəsi ilə təmin olunmayan və məcburi surətdə
həyata keçirilə bilməyən hüquq «çılpaq hüquq» adlanır.
Natural öhdəlik Fransa, Hollandiya və s. ölkələrin qanunvericiliyinə məlumdur. Azərbaycan Respublikasının
da mülki hüququnda bu növ öhdəlik nəzərdə tutulmuşdur. Belə ki, oyunlar və ya mərclərlə bağlı olaraq yaranan
borcun ödənilməsi natural öhdəlikdir; əgər belə borc ödənilməzsə, bu məsələ məcburi surətdə məhkəmə (iddia)
qaydasında həll edilə bilməz. Ona görə ki, oyun və mərc üzrə heç bir tələb hüququ əmələ gəlmir (MM-in 1084-
cü maddəsi).
Dostları ilə paylaş: |