Pul öhdəliklərinin obyektini borclunun pul verilməsinə yönələn hərəkəti təşkil edir. Bu öhdəliklərin pred-
meti kimi pul çıxış edir. Pul dedikdə, həm nağdsız, həm də nağd pul başa düşülür. Nağdsız pul pul vəsaitinə
(bank hesablarında və əmanətlərində olan pula), nağd pul isə kağız və metal pullara deyilir.
Pul öhdəliyi manatla ifadə olunur. Manat Azərbaycan Respublikasının pul vahididir. Pul öhdəliyinin xarici
valyutada icra edilməsini qanun yasaqlayır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahid-
lərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır (Konstitusiyanın 19-cu maddəsinin 3-cü hissəsi).
Bununla belə, pul öhdəliyinin xarici valyuta ilə icra olunmasına yol verilir. Belə ki, əgər pul öhdəliyində işti-
rak edən tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxs olarsa, tərəflər pul öhdəliyini xarici valyutada müəyyən-
ləşdirə bilərlər (MM-in 439-cu maddəsinin 1-ji bəndi). Lakin vacibdir ki, bu, qanunla qadağan edilməsin.
Pul öhdəlikləri, bir qayda olaraq, əvəzli müqavilələrdən əmələ gəlir. Belə ki, əmlakın verilməsinə (məsələn,
alqı-satqı müqaviləsi üzrə), iş görülməsinə (məsələn, podrat müqaviləsi üzrə), xidmət göstərilməsinə (məsələn,
daşıma müqaviləsi üzrə) və s. görə borclu şəxs kreditora pul ödəyir. Bu öhdəlik hüquqazidd hərəkətlərdən də
yarana bilər. Məsələn, vurulmuş zərərin əvəzi pulla ödənilə bilər. Pul öhdəliyi əsassız varlanma ilə də bağlı ola-
raq yarana bilər. Belə ki, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma hesab edilir və o qaytarılmalıdır.
Bundan əlavə, əsassız varlanma nəticəsində əldə edilən əmlakın özünü qaytarmaq mümkün olmadıqda, həmin
ə
mlakın dəyəri pulla ödənilir. Məsələn, satış bazası əhaliyə satmaq üçün 1 saylı univermağın əvəzinə, səhvən 2
saylı univermağa 100 ədəd soyuducu göndərir. Soyuducular müştərilərə satılır. 2 saylı univermaq əsassız varla-
nan şəxs hesab edilir. Əsassız varlanma öhdəliyi yaranır. Bu öhdəliyə əsasən, 2 saylı univermaq, soyuducuların
özünü qaytarmaq mümkün olmadığına görə onların dəyərini ödəyir.
Müasir dövriyyəyə elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklər də məlumdur. Xüsusi xa-
rakterə malik olan bu öhdəliklər «Elektron imza və elektron sənəd haqqında» qanunla (2004), «Elektron ticarət
haqqında» qanunla (2005), habelə Mülki Məcəllə ilə tənzimlənir (MM-in 386-jı maddəsinin 4-cü bəndi).
Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklər dedikdə, informasiya sistemlərindən istifadə et-
məklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı yaranan öhdəliklər başa düşü-
lür. Bu öhdəliklər satıcı (təjhizatçı) və alıcı (sifarişçi) arasında yaranır. Həmin öhdəliklərə elektron ticarət öh-
Dostları ilə paylaş: |