ya da həm borclu, həm də kreditor tərəfində bir yox, bir neçə şəxsin iştirak etməsi başa düşülür. Öhdəlikdə
çoxsaylı şəxslərin kreditor və ya borclu şəxs tərəfində çıxış etməsi əlamətinə görə bu öhdəliklərin üç növü fərq-
ləndirilir: passiv çoxluq; fəal çoxluq; qarışıq çoxluq.
Passiv çoxluq öhdəlikləri odur ki, bu cür öhdəliklərdə borclu tərəfində bir neçə şəxs iştirak edir. Bu, onunla
bağlıdır ki, borclu şəxs öhdəliyin passiv iştirakçısıdır. Məsələn, dörd nəfər vətəndaş minik avtomobilini qaçırar-
kən avtomobil dağdan aşır və istifadə üçün tam yararsız vəziyyətə düşür. Belə halda zərər vurma nəticəsində
öhdəlik (delikt öhdəliyi) yaranır. Bu öhdəlikdə borclu tərəfində avtomobili qaçıran dörd nəfər vətəndaş çıxış
edirlər.
Dostları ilə paylaş: |