414
Hüquq ədəbiyyatında
öz hüquqi ə
hə
miyyə
tinə
görə
bütün müqavilə şərtlərini üç yerə bölürlər:
●
mühüm şərtlərə;
●
adi şərtlərə;
●
təsadüfi şərtlərə.
Müqavilənin bağlanması üçün zəruri olan və kifayət edən şərtlərə
müqavilə
nin mühüm şə
rtlə
ri deyilir. Bu,
müqavilənin məcburi şərti hesab edilir. Bu, o deməkdir ki, müqavilənin bağlanmış sayılması üçün onun bütün
mühüm şərtləri barədə tərəflərin razılığa gəlmələri tələb olunur. Tərəflər müqavilənin bütün mühüm şərtləri ba-
rəsində razılığa gəldikdə, müqavilə bağlanmış sayılır (MM-in 405-ji maddəsinin 1-ji bəndi). Əgər müqavilənin
mühüm şərtlərindən heç olmazsa, biri barədə tərəflər razılığa gəlməzsə, onda müqavilənin bağlanmasından söh-
bət gedə bilməz. Ona görə də zəruridir ki, hansı müqavilə şərtlərinin mühüm şərt hesab edilməsi müəyyənləşdi-
rilsin. Bunun üçün mülki qanunvericilik müəyyən qayda müəyyən edir ki, bu, MM-in 405-ji maddəsinin 1-ji
bəndində nəzərdə tutulmuşdur. Həmin qaydaya görə, müqavilənin mühüm şərtlərinə üç qrup şərt daxil edilir:
●
müqavilənin predmetinə dair şərtlər;
●
MM-də həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər;
●
tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər.
Dostları ilə paylaş: