Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1305/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1301   1302   1303   1304   1305   1306   1307   1308   ...   1820
2. Müqavilənin standart şərtləri 

Müqavilənin standart şərtləri onun xüsusi xarakterə malik olan şərtləri hesab edilir. Bu şərtlər ilk dəfədir ki, 

bizim ölkə qanunvericiliyində nəzərdə tutulur. Əvvəlki köhnə qanunvericiliyə müqavilənin standart şərtləri adlı 

anlayış  məlum  deyildi.  Müasir  əmlak  dövriyyəsində  müqavilənin  standart  şərtlərinin  rolunu  nəzərə  alaraq 

Azərbaycan  Respublikasının  yeni  MM-i  onların  tənzimlənməsinə  xüsusi  diqqət  yetirir.  Belə  ki,  MM-in  20-ji 

fəslinin 3-cü paraqrafında (417-420-ji maddələrdə) ifadə olunan normalar həmin şərtlərin nizama salınmasına 

həsr edilmişdir. 

Standart (nümunəvi) şərtlərin tarixi kökləri qədim Roma hüququ ilə bağlıdır. Roma hüquqşünasları müəyyən 

hallarda  bu  cür  şərtlər  formulə  edirdilər.  Bununla  onlar  hüquq  münasibətlərini  hərtərəfli  sığortalamağa  jəhd 

göstərirdilər.  

Standart (nümunəvi) şərtlərin sonrakı inkişafı XIX əsrdə Avropada sənaye inqilabı ilə bağlıdır. Bu şərtlər məhz 

həmin  inqilab  nəticəsində  yaranmışdır.  Belə  ki,  XIX  əsrin  ikinci  yarısında  Avropada  sənaye  inqilabı  sayəsində 

malların fərdi istehsalının yerini malların kütləvi istehsalı tutur. Kütləvi istehsal malların seriyalarla buraxılmasına 

ə

saslanır və nisbətən çoxsaylı alıcılar üçün nəzərdə tutulur. 



lk dəfə olaraq xidmət sahəsində fəaliyyət göstərən müəssisələr standart şərtlərdən istifadə etməyə başladılar. 

Söhbət, hər şeydən əvvəl, sığorta, nəqliyyat və bank müəssisələrindən gedir. Tədrijən müqavilə azadlığı prinsi-

pinin məhdudlaşdırılmasının vacibliyi etiraf edilir. 

Birinji dünya müharibəsindən sonra malların kütləvi istehsalının yüksəlməsi şəraitində standart şərtlərdən isti-

fadə edilməsi daha da artır. Müasir dövrdə bu şərtlərin jəmiyyətin iqtisadi həyatına dərindən nüfuz etməsinin şahi-

di oluruq. 

Müqavilənin standart şərtləri xarici Qərb ölkələrinin qanunvericiliyində geniş yayılmışdır. Həmin ölkələrdə 

xeyli müddətdir ki, sahibkarlar (satıcılar, xidmət və iş icraçıları) standart və ya birtipli müqavilələrdən kütləvi 

surətdə istifadə edirlər. Bu müqavilələrdə standart şərtlər nəzərdə tutulur ki, bu şərtlər əsasında onlar istehlakçı-

lara  mal  satırlar,  iş  görürlər  və  ya  xidmət  göstərirlər.  Məhz  standart  (birtipli)  müqavilələr  və  onların  ümumi 

(standart) şərtləri istehlakçıların hüquqlarının pozulmasına geniş şərait və imkan yaradır. Belə ki, istehlakçılar, 

bir qayda olaraq, ticarət palatalarında, korporasiya və kompaniyaların iqamətgahlarında (ofislərdə) işlənib ha-

zırlanan və istinad şərtləri kimi müqaviləyə daxil edilən ümumi (standart) şərtlərə bələd ola bilmirlər.  stehlak-

çıların standart müqavilənin tam mətni ilə tanış olmaq imkanı əldə etmələrinə baxmayaraq, bu mətnin şrifti və 

həcmi, adətən, istehlakçılarda həmin mətnin diqqətlə oxunmasına istək yaratmır. Digər tərəfdən, mal və xidmət 

təklif edən sahibkarlar məlum məsələdir ki, standart müqavilələrdə özü üçün sərfəli, haqsız və əsassız şərtlər 

nəzərdə tuturlar (məsələn, qiymət, məsuliyyət, müqavilədən imtina, müqavilənin dəyişdirilməsi və digər məsə-



 

417


lələr  barəsində).  Bundan  əlavə,  çox  vaxt  istehlakçılar  müqaviləyə  dəyişiklik  etmək  imkanına  malik  olmurlar. 

Belə ki, istehlakçılarla müqavilə bağlayan firmanın işçisinin standart müqaviləyə dəyişiklik etmək səlahiyyəti 

yoxdur. 

Bütün bu hallar mal və xidmət təklif edən sahibkarlara özlərinin üstün mövqeyindən və vəziyyətindən isteh-

lakçıların mənafeyi ziddinə olaraq, istifadə etmək imkanı verir. Belə vəziyyətdə standart müqavilələr və onların 

standart şərtləri istehlakçıların hüquqlarını pozmaq vasitəsinə çevrilir. Məhz bu səbəbdən standart (birtipli) mü-

qavilələrin haqsız və əsassız şərtlərindən, ədalət və vijdan kateqoriyaları ilə bir araya sığmayan və onlara zidd 

olan müddəalarından istehlakçıların hüquqlarının müdafiə edilməsinə ehtiyac yaranır. Bunun üçün Qərb ölkələ-

rinin qanunvericiliyi standart (birtipli) müqavilələrin tənzimlənməsinə xüsusi diqqət verir.  

Müqavilənin standart şərtlərini tənzimləyən ilk Avropa ölkəsi  taliya sayılır.  taliyanın 1942-ji il MM-inin üç 

maddəsi (1341-ji, 1342-ji və 1370-ji maddələri) bu məsələnin nizama salınmasına həsr edilmişdir. Bundan son-

ra  sraildə standart şərtlər barədə xüsusi qanunvericilik aktı qəbul olundu. Belə ki, 1964-cü ildə bu ölkədə stan-

dart müqavilələr haqqında qanun qüvvəyə mindi. Həmin qanunda sahibkarların işləyib hazırladıqları standart 

müqavilələri  inzibati  məhkəmələrdə  təsdiq  etdirmək  vəzifəsi  nəzərdə  tutulur.  Qanun  prokurorluq  orqanlarına 

hüquq verir ki, onlar standart müqavilələrin məzmunu üzərində nəzarəti həyata keçirsinlər. 

XX  əsrin  70-ji  illərində  Danimarkada  qəbul  edilən  müqavilələr  haqqında  qanunda  ilk  dəfə  olaraq  belə  bir 

norma nəzərdə tutuldu ki, bu norma sahibkarlar tərəfindən əvvəljədən işlənib hazırlanan standart şərtlərdən han-

sılarının  etibarsız  sayılmasını  müəyyənləşdirməyə  imkan  verir.  Analoci  qayda  digər  Avropa  ölkələrinin 

qanunvericiliyində  də  yarandı.  1976-jı  ildə  Almaniyada  müqavilənin  standart  şərtləri  haqqında  qanun  qəbul 

edildi. Bu qanunda nəzərdə tutulan qayda etibarsız hesab edilən standart müqavilə şərtlərini müəyyənləşdirmə-

yə imkan verir. Həmin qaydaya görə, istehlakçıların mənafeyini mühüm dərəjədə pozan standart şərtlərə yol ve-

rilmir.  

Avropa ölkələrinin, hər şeydən əvvəl, Almaniyanın qanunvericilik təjrübəsini və ənənəsini nəzərə alaraq bi-

zim ölkə qanunvericiliyi MM-ə müqavilənin standart şərtləri barədə müvafiq normalar daxil etmişdir. Məqsə




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1301   1302   1303   1304   1305   1306   1307   1308   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin