müqavilənin müddəti dedikdə, tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamalarını müəyyənləşdirməyə
imkan verən vaxt dövrü başa düşülür. Bu müqavilədə həmin müddət göstərilir. Elə hallar da olur ki, ilkin müqa-
vilədə bu müddət müəyyənləşdirilmir. Belə hallarda əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il
müddətinə bağlanır.
Qanun ilkin müqavilənin formasına xüsusi olaraq toxunur (MM-in 402-ji maddəsinin 2-ji bəndi). Bu müqa-
vilənin forması əsas müqavilənin forması ilə şərtlənir, yəni əsas müqavilənin formasından asılıdır. Belə
ki, ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. Bu, o deməkdir ki, əsas müqavilə
üçün sadə yazılı forma müəyyənləşdirilibsə, onda ilkin müqavilə də həmin formada bağlanajaqdır. Məsələn, da-
ş
ınar əşyanın renta müqaviləsi üçün qanun sadə yazılı forma müəyyən edir Əgər tərəflər gələjəkdə bu cür renta
müqaviləsi bağlamaq barədə razılığa gələrsə, onda ilkin müqavilə də sadə yazılı formada bağlanajaqdır. Yox,
ə
gər əsas müqavilə üçün notarial forma müəyyənləşdirilərsə (məsələn, daşınmaz əşyaların alqı-satqı müqavilə-
si, daşınmaz əşyaların renta müqaviləsi üçün bu cür forma nəzərdə tutulur), onda ilkin müqavilə də notariat
qaydasında təsdiq olunajaqdır.
Qanun əsas müqavilə üçün konkret forma nəzərdə tutmaya da bilər. Məsələn, podrat müqaviləsinin forması-
nı MM müəyyənləşdirmir. Belə hallarda da ilkin müqavilə əsas müqavilə hansı formada tərtib edilərsə, o for-
mada da bağlanır. lkin müqavilənin forması barədə qaydalara əməl olunmaması onun etibarsızlığına səbəb
olur. Bu cür ilkin müqavilələr hüquqi əhəmiyyət kəsb etmir və puç (mütləq etibarsız) əqd sayılır.
lkin müqavilə icra olunduqda, yəni əsas müqavilə bağlandıqda, o ləğv edilir. Bəzən elə olur ki, əsas mü-
qavilə ilkin müqavilədə nəzərdə tutulan müddətdə bağlanmır. Eyni zamanda bu müddət ərzində tərəflərdən biri
digər tərəfə əsas müqaviləni bağlamaq barədə müraciət etmir və təklif göndərmir. Bu halda ilkin müqavilədə
nəzərdə tutulan öhdəliklərə xitam verilir.
422
lkin müqavilə mülki dövriyyədə məhdud dairədə tətbiq edilir. Onların sayı azdır. lkin müqavilələrə öhdəli-
yin icrasını təmin etmək üçün bağlanan zaminlik müqaviləsini, daşımaların təşkili müqaviləsini və s. misal gös-
tərmək olar. Niyyət protokolunu ilkin müqavilə hesab etmək olmaz. Lakin bəzi məqamlarda niyyət protokolu
(və ya niyyət sazişi) ilkin müqavilə sayıla bilər. Bunun üçün zəruridir ki, niyyət protokolunda tərəflərin ona il-
kin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunsun (MM-in 402-ji maddəsinin 6-jı bəndi).
Dediklərimizdən belə nəticə çıxara bilərik ki, ilkin müqavilənin funksiyası bu müqaviləni bağlayan tərəflə-
rin fəaliyyətini planlaşdırmaqdan ibarətdir. Belə ki, ilkin müqaviləni bağlayan tərəflər bir-birinin qarşısında
hansısa bir müqavilə bağlamaq öhdəliyi götürürlər.
Dostları ilə paylaş: |